IX sinif
1.1.1. Danışanın mövzuya
münasibətini müəyyən etmək
üçün tədqiqat xarakterli
suallar verir.
Mətnin məzmununa uyğun təhlil, sintez, tədqiqat xarakterli sualların verilməsi, alınan
cavabların təhlil edilməsi və nəticədə həmin cavablar əsasında danışanın mövzuya mü-
nasibətinin müəyyən edilməsi.
Mövzu, münasibət,
tədqiqat xarakterli sual
1.1.2. Dinlədiyi fikirlərə
münasibət bildirir.
Danışanın diqqətlə dinlənilməsi, əsas fikrin müəyyənləşdirilməsi, təhlil edilməsi və ona
münasibət bildirilməsi
Dinlənilən fikir,
münasibət bildirmə
1.2.1. Dil vahidlərindən məq-
sədyönlü istifadə etməklə
müxtəlif formalı mətnlər qurur
Müxtəlif formalı (təklif, mülahizə, məruzə, rəy) mətnlərin qurulmasında dil
vahidlərindən (söz, söz birləşməsi, cümlə) məqsədyönlü istifadə edilməsi, sözlər və söz
birləşmələri arasında məntiqi-struktur əlaqənin müəyyənləşdirilməsi.
Dil vahidləri,
məqsədyönlü istifadə,
müxtəlif formalı mətnlər,
mətn qurma.
1.2.2. Müxtəlif tipli rabitəli
nitq nümunələri qurur.
Müxtəlif tipli (nəqli, təsviri, mühakimə xarakterli) rabitəli nitq nümunələrinin (şifahi
mətn, dialoq) qurulması. Hadisələrin və əşyaların düzgün təsvir edilməsi, hər hansı bir
məsələyə dair mühakimə yürüdülməsi.
Rabitəli nitq, müxtəlif tipli
nitq, nitq nümunəsi qurma
1.2.3.Nitq prosesində danışığı
(səs seçimi, səsin ucalığı, hiss,
ton) ilə ifadə tərzini (poza,
jest, mimika) uzlaşdırır.
Şifahi nitq qurarkən səs çalarının, ucalığının, tonunun, emosiyaların poza, jest və
mimikalarla uyğunluğunun gözlənilməsi, onlar arasındakı əlaqənin müəyyən edilməsi.
Müsbət və ya mənfi emosiyasını göstərmək üçün müvafiq mimik vəziyyətin nümayiş
etdirilməsi.
Nitq prosesi, səs çaları,
səsin ucalığı, hiss, ton,
ifadə tərzi, poza, jest,
mimika, uyğunluq,
tamamlama
1.2.4. Ümumiləşmiş fikirləri
yığcam şəkildə təqdim edir.
Mövzu ilə bağlı müzakirədə iştirak etmə, müzakirə nəticəsində ümumiləşmiş fikirlərin
təhlil edilməsi, sitemləşdirilməsi və yığcam şəkildə ifadə edərək təqdim edilməsi.
Müzakirə, ümumiləşmiş
fikirlər, yığcam ifadə,
təqdim etmə
2.1.1. Tanış olmayan söz və
ifadələrin kontekstə uyğun
mənasını şərh edir.
Oxunan mətndən tanış olmayan söz və ifadələrin leksik mənasının lüğətlərin köməyi ilə
tapılması, mətndə işlənmə mövqeyinin müəyyənləşdirilməsi və kontekstə uyğun
mənasının dəqiqləşdirməklə şərh edilməsi.
Tanış olmayan söz, tanış
olmayan ifadə, kontekstə
uyğun məna.
2.1.2. Həqiqi və məcazi
mənalı söz və ifadələrin məna-
sını kontekstə uyğun dəqiqləş-
dirməklə şərh edir.
Mətndə işlənən söz və ifadələrin kontekstə uyğun mənasının müəyyənləşdirilməsi,
onların həqiqi və ya məcazi mənada işlənməsinin dəqiqləşdirilməsi və konkret misallarla
şərh edilməsi.
Mətn, söz, ifadə,
kontekstə uyğun məna,
həqiqi məna, məcazi məna
2.2.1. Mətni düzgün intonasiya
ilə oxuyur.
Mətnin düzgün intonasiya qaydalarına uyğun oxunması. Səs tonunun qalxması və
enməsi, ritm, temp, tembrdən düzgün ifadə edilməsi, sözlər, söz birləşmələri, eyni
zamanda cümlələr arasında fasilənin müəyyən edilməsi.
İntonasiya, ton, tembr,
temp, ritm, fasilə
2.2.2. Tərkib hissələri arasında
əlaqəni gözləməklə mətni
Mətnin məzmununun mənimsənilməsi, tərkib hissələrinin: giriş, əsas hissə və nəticənin
müəyyən edilməsi, onlar arasındakı əlaqəni pozmadan verilmiş mətnin müxtəlif
Mətnin tərkib hissələri,
giriş, əsas hissə, nəticə,
genişləndirir.
mənbələrdən istifadə etməklə genişləndirilməsi.
mətni genişləndirmə
2.2.3. Mətndə irəli sürülmüş
fikirləri dəyərləndirir.
Mətndəki fikirlərin öyrənilməsi, analiz, sintez edilməsi, konkret fakt və nümunələrə
əsaslanaraq onların müxtəlif şərait və situasiyalarda təhlil edilməsi, dəyərləndirilməsi.
Dəyərləndirmə, şərait,
situasiya, təhlil
3.1.1. Verilmiş mövzuya
uyğun müxtəlif tipli (nəqli,
təsviri, mühakimə) və formalı
(inşa, esse, hekayə) mətnlər
yazır.
Verilmiş mövzu ilə bağlı müxtəlif mənbələrdən istifadə etməklə müxtəlif tipli (nəqli,
təsviri, mühakimə xarakterli) və formalı (inşa, esse, hekayə) mətnlərin yazılması.
Nəqli xarakterli yazı,
təsviri xarakterli yazı,
mühakimə xarakterli yazı
3.1.2. Formalaşmış fikir və
mülahizələrini həyat hadisələri
ilə əlaqələndirərək əsaslan-
dırır.
Formalaşmış fikir və mülahizələrin təhlil edilməsi, əsaslandırmaq məqsədi ilə real həyat
hadisələri ilə əlaqələndirilməsi, müqayisə edilməsi, oxşar və fərqli cəhətlərinin
müəyyənləşdirilməsi.
Fikir, mülahizə,
əsaslandırma, həyatla
əlaqə
3.1.3. Mətnin hissələri, abzas-
lar və cümlələr arasında
əlaqəni gözləməklə özünün və
başqasının yazısını
təkmilləşdirir.
Mətnin hissələri, abzaslar və cümlələr arasındakı əlaqəni pozmadan özünün və
başqasının yazdığı mətnin topladığı əlavə materiallardan istifadə etməklə
əlaqələndirilməsi, təkmilləşdirilməsi.
Mətn, mətnin hissələri,
giriş, əsas hissə, nəticə,
abzas, cümlə,
təkmilləşdirmə
3.1.4. Müxtəlif əməli yazılar
(hesabat, akt) yazır.
İşgüzar üslubun tələblərinin öyrənilməsi, müvafiq dil materiallarından istifadə etməklə
müxtəlif əməli yazıların (hesabat, akt) yazılması.
Əməli yazı, hesabat, akt
4.1.1. Mürəkkəb cümlənin
növlərini fərqləndirir.
Mürəkkəb cümlənin növlərinin xüsusiyyətlərinin müəyyənləşdirilməsi, onların bir-
birindən fərqləndirilməsi, tabeli və tabesiz mürəkkəb cümlələrin, mübtəda, xəbər,
tamamlıq, təyin, zərflik əlaqəli tabeli budaq mürəkkəb cümlələrin tanınması, baş və
budaq cümlələrin fərqləndirilməsi
Mürəkkəb cümlə, tabeli
mürəkkəb cümlə, tabesiz
mürəkkəb cümlə, baş
cümlə, budaq cümlə
4.1.2. Sözləri və söz birləş-
mələrini müxtəlif sintaktik
vəzifələrdə işlədir.
Sözlərin söz birləşməsi və cümlədə, söz birləşmələrini cümlədə müxtəlif sintaktik vəzifələrdə
işlədilməsi, sözlərin semantik xüsusiyyətlərinə görə, eyni zamanda söz birləşməsinin
tərəflərinin cümlənin müxtəlif üzvləri vəzifəsində işlədilməsi.
Söz, söz birləşməsi, söz
birləşməsinin tərəfi, cümlə
üzvləri
4.1.3. Mürəkkəb cümlədə, va-
sitəsiz nitqdə durğu işa-
rələrindən istifadə edir.
Mürəkkəb cümlələrdə - tabeli və tabesiz mürəkkəb cümlələrdə, həmçinin vasitəsiz nitqdə
vergül, qoşa nöqtə, dırnaq, tire və s. durğu işarələrindən düzgün istifadə edilməsi.
Mürəkkəb cümlə, vasitəsiz
nitq, durğu işarələri
4.1.4. Dialoqlarda və vasitəsiz
nitqdə sözlərin böyük və kiçik
hərflərlə yazılış qaydalarına
əməl edir.
Dialoqlarda və vasitəsiz nitqdə sözlərin böyük və kiçik hərflərlə yazılış qaydalarına əməl
edilməsi, cümlənin ortasında tire işarəsindən sonra sözlərin (xüsusi isimlər istisna
olmaqla) kiçik hərflə yazılması, dialoqlarda yeni cümlə başlayanda tire işarəsindən sonra
gələn sözün böyük hərflə yazılması.
Dialoq, vasitəsiz nitq,
sözlərin böyük və kiçik
hərflə yazılış qaydası
Dostları ilə paylaş: |