Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə18/119
tarix13.12.2023
ölçüsü2,88 Mb.
#175179
1   ...   14   15   16   17   18   19   20   21   ...   119
20 Fiziki tərbiyə-kurikulum

4.
 
Mənəvi-iradi xüsusiyyətlərinin formalaşması
 
şagirdlərin tərbiyəsində ən 
mühüm məzmun xəttidir. Fiziki tərbiyə dərsləri digər fənlərin tədrisi prosesindən 
fəal və mütəhərrik olması ilə fərqlənir. Bu da şagirdlərin mənsub olduqları 
davranış xüsusiyyətlərini müəyyənləşdirməyə və buna müvafiq tərbiyə metodları 
seçməyə imkan yaradır. Eyni zamanda qeyd etmək lazımdır ki, mənəvi-iradi 
xüsusiyyətlərin formalaşması yalnız müvafiq şəraitin yaradıldığı halda 
mümkündür. Hər hansı çətinliyin dəf edilməsi, yorulmaya qarşı dözmək, icrası risk 
tələb edən hərəkəti yerinə yetirmək və s. bu kimi hallar iradi keyfiyyətlərin 
formalaşması üçün zəmin yarada bilər.
Ciddi oyun və yarış qaydaları, onlara riayət olunması şagird psixologiyasında 
nizam-intizam anlayışını formalaşdırır. Lakin fiziki tərbiyə prosesində çox mühüm 
bir cəhət diqqət mərkəzində saxlanılmalıdır. Bu cəhət oyun, yarış, hətta ən sadə 
hərəkətlərin icrasında şagirdlərin tərəf müqabilinin seçilməsi zamanı biri-birinə 
fiziki hazırlıq cəhətdən yaxın olan iştirakçıların müəyyən olunmasıdır. Fiziki 
cəhətdən nisbətən zəif şagird özünə müvafiq başqa iştirakçı ilə yarışmalıdır. Zəif 
şagirdin dərs prosesində fiziki cəhətdən daha yüksək hazırlıqlı şagirdlə yarışmasına 
yol vermək olmaz. Belə halda zəif şagirddə müəyyən psixoloji təcrid sindromu 
yarana bilər. Belə uşaqlar dərs, oyun, yarışda iştirakdan çəkinir, özünütəcrid 
vəziyyətinə düşürlər. Fiziki tərbiyə dərsləri elə təşkil olunmalıdır ki, fiziki 
cəhətdən nisbətən zəif şagird bunun hamı tərəfindən seçildiyini hiss etməsin. Bu 
kateqoriyaya aid olan şagirdlərin fiziki hazırlığında baş verən cüzi müsbət 
dəyişiklik təqdir olunmalı, onlar həvəsləndirilməlidir. Bu səbəbdən də komandalar, 
qruplar seçilərkən, çalışmaq lazımdır ki, iştirakçılar fiziki hazırlıq cəhətdən biri-
birinə yaxın olsunlar.
Ümumtəhsil məktəblərində tədris şagirdin əqli, iradi və fiziki cəhətdən inkişafı 
və formalaşması dövrünü əhatə edir. Şagird şəxsiyyətinin mənəvi-iradi 
xüsusiyyətlərinin formalaşmasına təsiri nöqteyi-nəzərdən metodiki cəhətdən 
düzgün təşkil edilmiş fiziki tərbiyə dərsləri müstəsna təsir imkanlarına malikdir. 
Bu isə bir sıra amillərlə izah oluna bilər: 

Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin