tam orta təhsil səviyyəsində - şağirdlərin idman növlərində texniki, taktiki
fəaliyyətlərinin və hərəki qabiliyyətlərin yaş qrupunun tələblərinə müvafiq
təkmilləşdirilməsi nəzərdə tutulur.
Bu mərhələdə fənnin tədrisinin səciyyəvi xüsusiyyətləri aşağıdakılardır: -
sağlamlığın möhkəmləndirilməsi, hərəki qabiliyyətlər, onların inkişafı
metodları, müstəqil məşğələlərin təşkili haqqında biliklərin təkmilləşdirilməsi;
-
fiziki hazırlığın təkmilləşdirilməsi və düzgün qamətin formalaşdırılması
metodikasından istifadə bacarığına yiyələnməsi;
-
fiziki yükün icrası zamanı orqanizmin funksional vəziyyətinə nəzarət və
sadə bərpa vasitələrindən istifadə etmək bacarığının formalaşdırılması;
-
ilk tibbi yardım üsullarından istifadənin təkmilləşdirilməsi;
-
komandalı fəaliyyət zamanı səmərəli əməkdaşlıq formasından istifadə
bacarığına yiyələnməsi;
-
hərəki mədəniyyət fəaliyyətinin təkmilləşdirilməsi;
-
ekstremal şəraitlərdə fiziki və mənəvi-iradi potensialını reallaşdırmaq
bacarığının formalaşdırılması.
Bu təhsil səviyyəsində hərəki bacarıq və vərdişlər təkmilləşdirilir, hərəki
qabiliyyətlərin dinamik inkişafı təmin edilir, hərəkətlərin təyinatı və məqsədyönlü
istifadəsi haqqında biliklər mənimsənilir, bu və ya digər idman növünə uyğunluq,
meyl
və
maraq müəyyənləşdirilir, şagirdlərin potensial imkanlarının
reallaşdırılması üçün lazımi şərait yaradılır, seçmə və idman orientasiyası təmin
edilir, mübarizlik ruhu, mənəvi-iradi keyfiyyətlər, şəraiti təhlil etmək və çevik
qərar qəbul etmək bacarığı, kollektiv fəaliyyət zamanı məsuliyyət hissi, rəqibə
hörmət, vətənə sevgi və məhəbbət hissləri tərbiyə olunur.
I. Fiziki tərbiyə təliminin məzmunu