5
Fiziki tərbiyə fənni üzrə təhsil proqramı (kurikulumu) və onun
xarakterik cəhətləri.
Ümumtəhsil məktəblərində fiziki tərbiyə fənni üzrə təhsil
proqramı (kurikulumu)
təhsil
mərhələləri
üzrə
fənnin tədrisinin əsas
xüsusiyyətlərini göstərməklə şagirdlərin hərəki bacarıq və vərdişlərinin,
mənəvi-
iradi
xüsusiyyətlərinin
formalaşmasını,
hərəki
qabiliyyətlərin
inkişaf
etdirilməsinin, sağlamlığın qorunması, reabilitasiyası və fiziki tərbiyə üzrə zəruri
məlumatların, biliklərin verilməsi istiqamətində fəaliyyətləri
özündə əks etdirən
konseptual, rəsmi dövlət sənədidir.
Bu sənəd öz məzmununda fiziki tərbiyə üzrə ümumi təlim nəticələrini, siniflər
üzrə məzmun standartlarını, fizki tərbiyə dərslərinin təlim formaları və metodlarını,
təlim fəaliyyətinin planlaşdırılması nümunələrini özündə əks etdirən strategiyanı,
şagird nailiyyətlərinin qiymətləndirilməsi formalarını, meyarlarını əhatə edir.
Fiziki tərbiyə fənni üzrə təhsil proqramı (kurikulumu) nəticəyönümlü
xarakterə malikdir. Bu sənəddə məzmun materialları bacarıqlar
və dəyərlər
formasında ifadə edilmişdir. Bu zaman fiziki tərbiyənin təlimi prosesində
şagirdlərin idraki, mənəvi-iradi, hərəki, psixomotor fəaliyyətləri diqqət mərkəzində
saxlanılmışdır.
Təhsil proqramının (kurikulumun) hazırlanmasında
şagird nailiyyətlərinin
dinamikliyi, bütün məzmun xətləri üzrə sinifdən sinifə, sinif daxili inkişafı əsas
götürülmüşdür, bu zaman şagird şəxsiyyəti əsas sübyekt
kimi diqqət mərkəzində
saxlanılmışdır. Məzmun xətləri arasında üfüqi və şaquli, eləcədə fəndaxili əlaqələr
tədrisin dinamikliyinin təmin edilməsinə istiqamətlənmişdir.
Dostları ilə paylaş: