İş forması: Kiçik qruplarla iş, böyük qruplarla iş.
Resurslar: Daxili və xarici yivləri açmaq üçün yiv açan alətlər, yivli deatlların
çertyojları, müxtəlif ölçüyə və parametrə malik olan yivli deatllar, yiv açmaq üçün
pəstahlar, müxtəlif kərkikli yeyelər, ştangenpərgar, xətkeş, maşın yağı, çilingər
məngənəsi.
Dərsin gedişi
I mərhələ: Motivasiya, problemin qoyuluşu. Müəllimin yazı lövhəsində asılmış yiv birləşmələrinə dair plakatları, stolun
üzərindəki yiv birləşməsi olan detalları, yivaçan alətləri göstərərək suallar verir:
1. Siz yazı lövhəsində və stolun üzərində nə görürsünüz? (yiv birləşmələrinə
dair plakatları,stolun üzərindəki yiv birləşməsi olan detalları, yivaçan alətləri).
2. Yiv birləşmələri başqa birləşmə növlərindən nə ilə fərqlənir? (yiv birləşməsi
sökülə bilən birləşmə növüdür.Asanlıqla hissələri quraşdırmaq və sıradan çixmış
hissələri başqası ilə əvəz etmək çox asandır.)
3. Yiv nəyə deyilir? (Pəstahın xarici və daxili səthində spiralvari növlərin
açılmasına yiv deyilir).
68
4. Başlıqlara görə boltlar neçə cür olur? (kvadrat, üçüzlü, altüzlü, səkkizüzlü,
göbələkvarı ola bilər).
5. Vintlər başlıqlarına görə neçə cür olur? (göbələkvarı, yarımgizli, gizli ola
bilər).
6. Yiv harada açılır? (Milin xarici səthinin hər iki başında yiv açılır.)