II Mərhələ: Tədqiqatın aparılması. Müəllim şagirdləri 4 qrupa bölür.
Tapşırıq: Verilmiş millərin üzərində xarici yivlər açın.
Qruplar tapşırığı yerinə yetirirlər.Müəllim hər bir şagirdə fərdi olaraq komək
edir.
III Mərhələ: İnformasiya mübadiləsi.
Müəllim qrupların təqdimatını dinləyir (qruplar işlərini təqdim edir).
IV Mərhələ: İnformasiyanın müzakirəsi və təşkili. Qrupların təqdimatından sonra müəllim cavabları sistemləşdirir və sinfə suallar
verir.
Müzakirə sualları: 1. Milin səthində xarici yiv açarkən yiv xəttinin kələkötür və ya qırıq-qırıq
alınması, yiv profilinin tam alınması səbəbləri hansılardır? (Milin diamertinin düzgün
seçilməməsi,paftanın mil üzərində sürətlə hərəkət etdirilməsi, yiv açılan səthin
yağlanmaması).
2. Pəstah üzərində yiv açmaq üçün faskanın (haşiyənin) çıxarılması nə üçün
lazımdır? (Paftanın milə asan daxil olması üçün).
3. Yivin parametrləri dedikdə nə başa düşürsünüz? (yivin addımı, yivin profil
bucağı, profil hündürlüyü, xarici və daxili diametr).
4. Ştangenpərgar vasutəsilə pəstahı ölçərkən hansı qaydalara əməl edilməlidir?
(Ştangenpərgar dodaqları milə nəzərən perpendikulyar olmalıdır, olçmə zamanı
çərçivənin bərkidici vinti sıxılmalıdır).