Dəyişən cərəyan – qiyməti və istiqaməti periodik dəyişən elektrik
cərəyanıdır. praktikada çoxfazalı dəyişən cərəyanlar geniş tətbiq edilir. Üçfazalı
dəyişən cərəyanların bir sıra texniki üstünlükləri var. Bunlardan ən əhəmiyyətlisi
asinxron elektrik maşınlarının tətbiqidir. Dəyişən cərəyanın aktiv gücü cərəyan və
gərginliyin (yaxud e.h.q.-nin) effektiv qiymətləri və onların arasındakı fəzalar
fərqinin kosinusunun hasili ilə müəyyən edilir. Praktikada ümumi hesabda dəyişən
cərəyan və gərginlik periodik olmaya da bilər. Müasir aparatlarda cərəyan və
gərginlik impulsları geniş tətbiq olunur. Bu halda xətti dövrələrin hesablanması
üçün dövrənin differensial tənliklərin inteqralannması həm adi metodlarla, həm də
Furye inteqralını tətbiq etməklə aparılır.
Dəzgah(texnikada) – müxtəlif materialları emal edən maşındır; bəzən bu və
ya başqa istehsalatda tətbiq edilən tutucu (saxlayıcı) qurğu. Metalkəsən, daş emalı
və s. dəzgahları var, toxuculuqda toxuma dəzgahları tətbiq edilir. İdarə olunmasına
görə dəzgahları tətbiq edilir. İdarə olunmasına görə dəzgahlar 4 qrupa ayrılır: adi,
yarımavtomat, avtomat və proqramla işlədilən. Yarımavtomat və proqramla idarə
olunan dəzgahlarda fəhlə ancaq prosesin əvvəlində və axırında iştirak edir, avtomat
dəzgahlara isə o yalnız nəzarət edir.
Dırmıq –
1) əmək alətidir – bu alət ləklərdə torpağın hamarlanmasında, bağ-bostanların
ot, alaq və kəsəkdən təmizlənməsində, biçilmiş ot və taxılın dırmıqlanıb
yığılmasında tətbiq edilir. Dırmıq ağac sapdan, dişağacı və dişlərdən ibarətdir.
2) traktorda – təzə biçilmiş, yaxud qurudulmuş otu cərgələr (tirələr) şəklində
yığan, yağışdan nəmləşdikdə qarışdıran və çevirən kənd təsərrüfatı maşınıdır. Taxıl
yığıldıqdan sonra küləşi və sünbülləri dırmıqlamaq üçün də istifadə olunur. Dırmıq
hər cür traktora birləşdirilə bilər.