109
və s. Olurlar. Ağac, kol və ot bitkiləridir. Bu bitkilər enliçətirli (çinar, palıd,
göyrüş), çallaqçətirli (sallaqsöyüd, tozağacı və s.), piramida formalı (sərv, qonaq),
sarmaşan (üzüm, daş sarmısağı və s.) ola bilər. Soğanaqlılara: qızıllalə, nərgiz,
sünbülçiçək və sö daxildir. Bunların bir çoxu gülçülükdə, yaşıllıqlar və çiçəkliklər
salınmasında istifadə edilən gözəl və qiymətli bitkilərdir.
Deşmə, burğulama – bütöv materialda burğu ilə deşikaçma əməliyyatı; burğu
öz oxu boyu fırlanmaqla irəliləmə hərəkəti edir. dəqiqlik dərəcəsi yüksək olmadığı
üçün deşmədən çox vaxt sonrakı içyonma, rayberləmə, dartma prosesləri üçün
hazırlıq əməliyyatı kimi istifadə olunur. Deşmə daxili yivlərin açılması üçün də ilk
prosesdir. Deşmə, burğu, torna, içyonma, revolver və s. dəzgahlarda, habelə əl
burğu alətləri ilə yerinə yetirilir.
Detal – bir növ materialdan hazırlanmış məmulatın ayrılmaz hissəsidir.
Yaxud da heç bir quraşdırma əməliyyatı aparılmamış məmulat hissəsidir.
Dəmirağac – dəmirağac fəsiləsindən yarpağı tökülən ağacdır. Hündürlüyü
14–25 m, yarpaqları yumurtavarı və ya ellipsşəkillidir. Ləçəksiz çiçəkləri (2–5
ədəd) qısa zoğların ucunda yaşayır. Azərbaycanda ikidivarlı qutucuqdur.
Yarpaqlarmadan əvvəl çiçək açır, 200 ilə qədər yaşayır. Azərbaycanda enliyarpaqlı
meşələrdə (Talış) və Xəzərin cənub sahillərində yayılmışdır. Oduncağı çox
möhkəm, ağır və davamlı, azacıq elastik olduğu üçün ondan bəzi maşın hissələri,
bədii məmulat və dekorativ faner hazırlanır.
Dəmir-beton – konstruksiyada birgə istifadə olunan betonlar armatur
poladının monolit birləşməsidir. Xassələrinə görə bir-birindən xeyli fərqlənən iki
materialın dəmir-betonda birləşmə ideyası betonun dartılmada möhkəmliyinin
sıxılmada möhkəmliyinə nisbətən az (10–20 dəfə), poladın isə, əksinə, dartılmada
möhkəmliyinin xeyli çox olmasına əsaslanır. Dəmir-beton konstruksiyada beton
sıxıcı qüvvələri, polad isə, əsasən, dartıcı qüvvələri qəbul edir. Bu iki materialın
birgə işlədilməsi böyük effekt verir. Bərkimə nəticəsində beton polad armatura
möhkəm yapışır və onu korroziyadan qoruyur. Yığma dəmir-betonun tətbiqi
inşaatın sənayeləşmə səviyyəsini xeyli yüksəltməklə, bina və qurğuların tikilişini
sürətləndirməyə, əmək və vəsait sərfinə qənaət etməyə imkan verir.
Dostları ilə paylaş: