Diametr(yun. diametros – eninə kəsən) – oblastın və ya cismən ən uzaq iki
nöqtəsi arasındakı məsafə. Çevrənin diametri onun mərkəzindən keçən vətərdir.
İkitərtibli əyrinin diametri bir-birinə paralel vətərlərin ortalarının həndəsi yeridir.
Ellips və hiperbolanın diametri onların mərkəzindən keçən, parabolanınkı isə onun
oxlarına paralel düz xətlərdir.
Dirsəkli val – bir və ya bir neçə dirsəkdən və bir neçə eynioxlu əsas
boyundan ibarət olan və yataqlara söykənən valdır. Çarxqolu mexanizminin
fırlanan hissəsidir. Düzxətli hərəkəti fırlanma hərəkətinə və əksinə çevirmək üçün
işlədilir. Sürgüqolu boynu oxları dirsəkli valın fırlanma oxuna nəzərən aralı
yerləşdirilir. Porşenli mühərriklərdə, kompressor, nasos, dəmirçi-presləmə
maşınlarında və s. də istifadə edilir. Çarxqolunu sadə dirsəkli val hesab etmək olar.
Dişli çarx – dişli ötürmə mexanizminin əsas detalı. Üzərində dişlər açılmış
silindrik və ya konusvarı disk şəklində olur. Ötürücü mexanizmində bir dişli çarxın
dişləri o biri dişli çarxın dişlərinə ilişməklə işləyir. Dişlər çarxın pəstahı üzərində,
əsasən, frez dəzgahında frezlə və ya iskənə dəzgahında isəkən ilə düzəldilir. Dişlər
formasına görə düz, çəp, vintvarı, qoşa, yaxud əyrixətli olur. Dişli çarxların
111
hazırlanmasında polad, çuqun, əlvan metalların ərintiləri və plastik kütlədən istifaə
edilir.