58
II və IV qrupa isə oyuncaqların detalllarının həndəsi fiqurlara oxşarlığını
müəyyənləşdirmək tapşırılır.
1. Plastilindən dovşan oyuncağı hazırlayın.
Qruplar tapşırıqları icra edirlər.
Müəllim hər bir şagirdə fərdi olaraq kömək edir, lazım gələrsə, yapma üsullarını
göstərir.
III mərhələ: Məlumatın mübadiləsi
Müəllim iş vərəqlərini lövhədən asır. Qrupların təqdimatını dinləyir (Qruplar
təqdimat edirlər).
IV mərhələ: Məlumatın müzakirəsi və təşkili
Qrupların təqdimatından sonra müəllim cavabları sistemləşdirir və sinfə suallar verir.
Müzakirə sualları:
1.Dovşan oyuncağı hansı həndəsi fiqurlardan ibarətdir? (Dovşan kürə və prizmadan
ibarətdir).
2.Tülkü oyuncağı hansı həndəsi fiqurlardan ibarətdir? (Tülkü prizmadan və silindrdən
ibarətdir).
3. Canavar oyuncağı hansı həndəsi fiqurlardan ibarətdir? (Canavar kürə və prizmadan
ibarətdir).
Dostları ilə paylaş: