Dərsin gedişi I mərhələ: Motivasiya, problemin qoyuluşu Müəllim şagirdlərə müraciət edir: 1. Siz ətrafinızda nəyi görürsünüz?
2. Əmək nədir?
3. İnsanın əmək faəliyyətinin məqsədi nədir?
4. Hansı peşələri tanıyırsınız? ( dərslikdəki şəkillər üzrə)
Şagirqlər suallara cavab verirlər.
Tətqiqat sualı: Hər bir peşə üzrə işi yerinə yetirmək üçün nə lazımdır?
Tətqiqat sualı əsasında şagirdlərin mülahizələri dinlənilir.
II mərhələ: Tətqiqatın aparılması Müəllim şagirdləri 4 qrupa bölür. Dərslikdəki mövzuya uyğun səhifələri açmağı
şagirdlərə tapşırır.
Tapşırıq 1. I qrup səh. 6-dakı peşələrin adını və oanları aid alətlərin adını
yazmaq tapşırılır.
Tapşırıq 2. II qrupa “İnsan nə üçün əmək faəliyyətində iştirak edir?” sualını
cavablandırmaq tapşırılır.
Tapşırıq 3. III qrupa dərslikdəki 8-ci şəkilə istinad etmək və qeyd olunan sualı
cavablandırmaq tapşırılır: “Göstərilən alətlərlə hansı texnoloji əməliyyatları yerinə
yetirmək olar?”