62
IV mərhələ: İnformasiyanın müzakirəsi və təhlili
Müəllim suallar verərək müzakirəni təşkil edir.
Müzakirə sualları:
1.Siz hansı peşələri tanıyırsınız? (Şagirdlərin bir neçəsi peşələrin adlarını
sadalayır.)
2.Əmək nədir? (Əmək insanın məqsədyönlü fəaliyyətidir)
3. Texnologiya nədir? (İnsanların öz həyatlarını yaxşılaşdırmaq və dəyişmək
üçün istifadə etdikləri üsul və qaydalar texnologiya adlanır.)
4. Alət nədir? (Materialın formasını, ölçüsünü və şəklini dəyişən əmək
vasitəsidir.)
5. Alətləri neçə qrupa bölmək olar? (3 qrupa: əl alətləri, mexaniki əl alətləri və
elektrik alətlər)
6. Səh. 9–dakı alətlərin adını söyləyin.( 1-ci elektrik dreli; 2-ci çəkic; 3-cü
elektrik mişarı; 4-cü mişar; 5-ci vintaçan; 6-cı stepler; 7-ci elektrik ətçəkən maşını; 8-
ci mexaniki əl dreli; 9-cu yastıdodaq kəlbətin; 10-cu mexaniki şirəçəkən; 11-ci qayka
açarı; 12-ci mexaniki ətçəkən maşın; 13-cü dodaqları tənzimləyən qayka açarı.)
Dostları ilə paylaş: