Dərsin gedişi I mərhələ: Motivasiya, problemin qoyuluşu Müəllim şagirdlərə müraciət edir: 1. İnsan əməyi haqqında nə deyə bilərsiz?
2. İnsanın əmək fəaliyəti ilə məşğul olmada məqsədi nədir?
3. Peşələr haqqında nə deyə bilərsiz?
Şagirdlər suallara cavab verirlər.
Tətqiqat sualı: Texnologiyanın inkişaf etməsinin səbəbi nədir?
Tətqiqat sualı əsasında şagirdlərin mülahizələri dinlənilir.
II mərhələ: Tətqiqatın aparılması Müəllim şagirdləri 4 qrupa bölür. Onlara dərslikdəki mövzuya uyğun səhifələri
açmağı tapşırır.
I qrup: səh. 6-9-da gördüyünüz şəkillərlə əlaqədar peşələri insanların tələbatına
uyğun olaraq sadədən mürəkkəbə doğru sıralayın.
II qrup: İnsan əmək fəaliyyətindəki rolunu açıqlayın.
III qrup: Məişət cihazlarının və çuqun pillətələrin yaranma səbəblərini deyin.
IV qrup: Məişət avadanlığının və cihazların insanın inkişafında hansı mühüm
əhəmiyyəti olduğunu izah edin.
Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.
Qruplar tapşırığı yerinə yetirir.