Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə100/222
tarix30.12.2021
ölçüsü1,2 Mb.
#49264
1   ...   96   97   98   99   100   101   102   103   ...   222
17 Texnologiya-kurikulum

 
 
 
 
 
 
V sinif 
 
Dərs  1 
Mövzu 1. İnsan həyatında texnologiya. Məmulatların hazırlanması mərhələləri 
 
Dərsin məqsədi
1.  Müxtəlif  formalı  detalları  olan  məmulatların  spesifikasiyasını  şərh  edir, 
texnoloji və marşrut xəritələrini fərqləndirir. (4.1.1.). 
2.  Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur. 
3.  Müasir  texnologiyalara  aid  şəkillər,  detalların  texnoloji  və  marşrut  xəritələri, 
dərslik, iş vərəqləri kimi resurslardan istifadə etmək olar. 
Müəllim  beyin  həmləsi  üsulundan  istifadə  edərək,  aşağıdakı  suallarla  müraciət 
edə bilər. 
1.Pəncərədən baxarkən nə görürsünüz? 
2.Gördüklərinizin hansı insan tərəfindən yaradılmışdır? 
3.İnsan tərəfindən yaradılmış əşyaların əhəmiyyəti nədədir? 
4. Məmulatın hazırlanma prosesi haqqında nə bilirsiniz? 
Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir. 
Tədqiqat sualı 


 
 
65 
 
“Məmulatın hazırlanma mərhələləri nədən ibarətdir?”- kimi verilə bilər. 
Müəllim tərəfindən  mətnin  dərslik  üzrə oxunuşu tapşırılır. Qruplar  yaradılaraq, 
onalara  iş  vərəqləri  paylanılır.  İş  vərəqlərində:  Venn  diaqramında  təbiət  və 
texnologiya  dünyalarının  oxşar  və  fərqli  cəhətlərinin  qeyd  olunması,  müasir 
texnologiyalar  haqqında  danışılması,  məmulat  hazırlanma  mərhələlərinin 
sadalanması,  texnoloji  və  marşrut  xəritələrinin  tərtib  olunması  qaydaları  haqqında 
məsələlər qoyula bilər. 
Təlimdə çətinlikləri olan şagirdlər  istər qrup tərkibində,  istərsə də  fərdi çalışan 
zaman  müəllimin    diqqət  mərkəzində  olur.  Müəllim  belə  şagirdlərə  tez-  tez  nəzarət 
edərək, onların işinin icrası ilə maraqlanmalı, lazım gələrsə, kömək etməlidir. 
Müəllim şagirdlərin təqdimatlarını dinləyir. 
Müəllim  şagirdlərin  diqqəti  tədqiqat    sualllarına  yönəldir  və  cavabları 
ümumiləşdirir.  Bir  daha  texnologiya  və  onun  insan  həyatındakı  rolu  haqda  danışır. 
Məmulatın  hazırlanması  ardıcıllığını  sadalayrı,  texnoloji  və  marşrut  xəritələrinin 
fərqini izah edir. 
Qiymətləndirmə  pedaqoji  mətbuat  dərc  olunan  qiymətləndirmə  qaydalarına 
müvafiq  aparılır.  Şagirdlərin  cavabları  qiymətləndirilərkən  təbiət  və  texnologiya 
dünyalarını  fərqləndirmə,  müasir  texnologiyanın  əhəmiyyətini  izahetmə,  məmulatın 
hazırlanma  mərhələlərini  şəhretmə,  sadə  texnoloji  və  marşrut  xəritələrini 
fərqləndirmə, əməkdaşlıq kimi qiymətləndirmə meyarlarında istifadə edilə bilər. 
Müəllim  dərslikdə  olan  praktik  işin  yerinə  yetirilməsi  haqqında  tövsiyyələrini 
verir. 
 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin