D Dairəvi mişarlı dəzgah – ağac materiallarını eninə və uzununa mişarlayan
dəzgahdır. Kəsici orqanı dairəvi polad mişardır. Bir, iki və çox mişarlı olur.
Dəzgaha material avtomatik və ya əl ilə verilir. Mişarların dövrlər sayı dəqidədə
500–30000-dir.
Daş işləri – daş konstruksiyaların tikintisi zamanı görülən işlərdir. Daş işləri
əsas (materialı iş yerinə daşımaqla daşın məhlulla hörülməsi) və köməkçi
(müvəqqəti taxtabənd, ayaqaltıların qurulması və s.) proseslərdən ibarətdir.
Hörükdə işlədilən materialın növündən asılı olaraq müasir inşaatda aşağıdakı əsas
daş işləri görülür: kərpic hörgüsü, daş hörgüsü, içiboş keramika; bütöv və içiboş
posa-beton daşlardan divar hörgüsü; mişar daşı, balıqqulaqlı əhəngdaşı hörgüsü və
s. Bunlar çoxdur. Bina və digər tikililərin yeraltı hissəsi (bünövrə, zirzəmi
divarları, dayaq divarları) üçün təbii kələ-kötür daşlardan, büt daşından istifadə
olunur. Müasir kütləvi inşaatda çox zəhmət tələb edən belə hörüklər tədricən
yığma dəmir-beton, iribloklu konstruksiyalarla əvəz olunur. Mişar daşı hörgüsü
Azərbaycanda, xüsusilə Bakıda çox işlədilən divar hörgüsüdür.