Dəmir işləri – nişanlama, kəsmə, qatlama, nazik təbəqə metalı (0,6–0,8 mm)
qatlama tikişi ilə birləşdirmə.
Dərman bitkiləri – müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında
istifadə olunan geniş bitki qrupudur. Eramızdan 3000 il əvvəl Qədim Assuriyada,
Misirdə, Hindistanda, Çində, Tibetdə və s. ölkələrdə, o cümlədən Cənubi Qafqazda
işlənmişdir. Müalicəvi xassəsi bu bitkilərin tərkibindəki fizioloji təsiredici fəal
maddələrin (alkaoidlər, qlikozidlər, vitaminlər, aşı maddələri, efir yağları, bir sıra
turşular, mikroelementlər, fermentlər və s.) olması ilə əlaqədardır. Qurudulmuş və
standarta uyğunlaşdırılmış dərman bitkilərindən aptek təcrübəsində, kimya-
əczaçılıq sənayesində (təmiz kimyəvi maddələr almaq üçün) istifadə olunur.
Tədarük edərkən bitkinin növünü, hansı hissələrini yığmağı, toplanma vaxtını və s.
bilmək vacibdir. Azərbaycanda farmokopeyaya daxil edilən 100-ədək növdən
əlavə, xalq təbabətində işlənən 800-ə qədər dərman bitkisi aşkar edilmişdir.
110
Çoxişlənən dərman bitkilərindən, məsələn, dazı, itburnu, bağayarpağı, gicitkan,
yemişan, çay tikanı, qatırquyruğu və s. göstərmək olar.