Müəllim şagirdlərin işini yekunlaşdırmaq üçün onlara aşağıdakı suallarla
müraciət edir:
1. İşə başlamaq üçün əvvəlcə nə etdiniz? (Plastilini 4 hissəyə böldük).
2. Sonrakı mərhələdə nə etdiniz? (Dovşanın baş və bədən hissələrini hazırladıq).
3. Daha bir hissə plastilin nə üçün lazımdır? (Daha bir hissə plastilin qulaqları,
ayaqları və quyruğu hazırlamaq üçün lazımdır).
4. Detalları birləşdirdikdə hansı üsuldan istifadə etdiniz? (Sığallama üsulundan
istifadə etdik).
5. Dovşan fiqurunu hazırladıqda nəyə fikir vermək lazımdır? (Bədən və başın
nisbətinə fikir vermək lazımdır). Müəllim bu suallara verilən cavabları
nəzəzərə alaraq, şagirdlərə plastilindən dovşan oyuncağının hazırlanması
xüsusiyyətləri haqqında məlumat verir.