Təcrübi hissə
Təcrübə 1. Misə turşuların təsiri
Üç sınaq şüşəsi götürüb, hər birinə 2-3 ml 1:1 nisbətində durulaşdırılmış HCl, HNO3 və H2SO4, üç başqa sınaq şüşəsinə isə həmin turşuların qatı məhlulunu tökün. Sonra hər sınaq şüşəsinə bir az mis yonqarları əlavə edin. Nə müşahidə olunur? Hansı sınaq şüşəsində reaksiya getmirsə ehtiyatla qızdırın. Mis turşuların hansı ilə reaksiyaya daxil olur? Reaksiyaların tənliklərini yazın.
Cu + 4HNO3 → Cu(NO3)2 + 2NO2 + 2H2O
qatı
3Cu + 8HNO3→ 3Cu(NO3)2 + 2NO + 4H2O
duru
Cu + 2H2SO4 → CuSO4 + SO2 + 2H2O
qatı
Təcrübə 2. Mis-2 hidroksidin alınması və xassələri
Sınaq şüşəsinə 2-3 ml mis-2 sulfat məhlulu töküb üzərinə bir o qədər də qələvi məhlulu əlavə edin. Reaksiyanın molekulyar və ion tənliklərini yazın. Çöküntünün rəngini qeyd edin. Birinci hissəyə turşu, ikinci hisəsyə qatı qələvi məhlulu əlavə edin. Üçüncü sınaq şüşəsini qaynayana qədər qızdırın. Bu zaman nə müşahidə olunur?
Mis-2 hidroksidin qələvi və turşuda həll olması reaksiyalarının molekulyar və ion tənliklərini yazın.
Dostları ilə paylaş: |