CuSO4 + 2NaOH → Cu(OH)2 + Na2SO4
Təcrübə 3. Mis-1 yodidin alınması
Sınaq şüşəsinə 2-3 ml CuSO4 məhlulu töküb üzərinə bir qədər kalium yodid məhlulu əlavə edin. Məhlulun rənginin dəyişməsinə və çöküntünün əmələ gəlməsinə diqqət edin. Reaksiyanın tənliyini yazın. Ayrılan yodu reduksiya etmək üçün üzərinə bir qədər Na2S2O3 məhlulu əlavə edin. Sınaq şüşəsinin dibində əmələ gələn ağ rəngli çöküntü nədir?
2CuJ2 + LiAlH4 = LiJ + AlJ3 + .
Təcrübə 4. Misin kompleks birləşməsinin alınması
Cu(OH)2-nin üzərinə NH3 məhlulu əlavə edin. Bu zaman nə müşahidə olunur? Reaksiyanın tənliyini yazın və alınan birləşməni adlandırın.
Cu(OH)2 2NH3 = [Cu(NH3)2](OH)2
Sink
Sink təbiətdə geniş yayılmış elementlərdən biridir. Sink yer qabığının çəki ilə 2,0×10-2%-ni təşkil edir. Aktiv metal olaraq təbiətdə birləşmələr şəklində təsadüf olunur.
Təbiətdə:
ZnS
|
sfalerit
|
ZnCO3
|
snk karbonatı, qalmey
|
Zn[Al2O4]
|
qanit
|
ZnO
|
sinkit
|
Alınması
1. ZnCl2 və KCl (1:1) qarışığının elektrolizi ilə:
2. Sfarelitdən. Əvvəlcə ZnS yandırılır, sonra isə alınmış ZnO-nu kömürlə reduksiya olunur:
2ZnS + 3O2 = 2ZnO + 2SO2
ZnO + C = Zn + CO (1200 – 13300C)
Alınmış ZnO sulfat turşusunda həll edib, sonra isə alınmış ZnSO4 məhlulunun elektrolizini aparmaq mümkündür:
ZnO + H2SO4 = ZnSO4 + H2O
Elektrolitik vannada: .
3. Qalmeyin parçalanmasından və alınmış ZnO reduksiyasından:
ZnCO3 ZnO + CO2
ZnO + C = Zn + CO.
Fiziki və kimyəvi xassələri
Zn göyümtül-ağ metaldır. Xüsusi çəkisi d=7,14 q/sm3, 419,50 temperaturunda əriyir. Havda sinkin üstü qoruyucu oksid təbəqəsi ilə örtülür. Suda isə Zn səthi həll olmayan hidroksid ilə örtülür və Zn suya təsir edib H2-ni çıxarmır.
1. Yüksək temperaturda yanıb suda həll olmayan ağ rəngində oksid əmələ gətirir.
2Zn + O2 2ZnO
ZnO + H2O ¹. Ona görə də Zn(OH)2 dolayı yolla alınır.
ZnSO4 + 2NaOH = Zn(OH)2 + Na2SO4
ZnO aşağıdakı reaksiyalarla da almaq olar:
Zn(OH)2 ZnO + H2O
ZnCO3 ZnO + CO2
ZnO amfoter xassəyə malikdir:
ZnO + 2HNO3 = Zn(NO3)2 + H2O
ZnO + 2KOH = K2ZnO2 + H2O
ZnO + 2KOH + H2O = K2[Zn(OH)4]
Zn(OH)2 amfoter xassəyə malikdir:
Zn(OH)2 + 2HCl = ZnCl2 + 2H2O
Zn(OH)2 + 2NaOH = Na2ZnO2 + 2H2O
Na sinkart
Zn(OH)2 + NaOH = Na2[Zn(OH)4]
məhlul
2. Turuşularda
Duru: Zn + 2HCl = ZnCl2 + H2
Zn + H2SO4 = ZnSO4 + H2
Qatı turşularla:
Zn + 4HNO3 = Zn(NO3)2 + 2NO2 + 2H2O
3. Elementlərlə (qızdırmaqla):
Zn + Br2 = ZnBı2
Zn + S = ZnS
3Zn + N2 = Zn3N2
3Zn + 2P = Zn3P2
Zn + H2 ¹
ZnJ2 + 2LiH = ZnH2 + 2LiJ
Hidrolizə uğrayır: ZnH2 + 2H2O = Zn(OH)2 + 2H2.
4. Zn kompleks birləşmələr əmələ gətirməyə meyillidir və ammiakın sulu məhlulunda kompleks ion əmələ gətirir: [Zn(NH3)]2+
ZnSO4 + 4NH3 = [Zn(NH3)]SO4.
Təcrübi hissə
Təcrübə 1. Sinkə qələvinin təsiri
Sınaq şüşəsinə bir qədər sink tözu töküb, üzərinə 2-3 ml qatı qələvi məhlulu əlavə edin və qızdırın. Qazın ayrıldığını yanar çöplə yoxlayın. Reaksiyanın tənliyini yazın.
Zn + 2NaOH Zn + 2NaOH = Na2 ZnO2 + H2
Təcrübə 2. Sinkə turşuların təsiri
Üç sınaq şüşəsinin hərəsində bir qədər sink tozu götürüb, onlardan birincisinə 1:1 nisbətində HNO3, iikncisinə H2SO4, üçüncüsünə duru H2SO4 turşuları əlavə edib, ehtiyatla qızdırın. Sınaq şüşəsində baş verən dəyişiklikləri müşahidə edin. Reaksiyaların tənliklərini oksidləşmə-reduksiya reaksiyaları əsasında tərtib edin.
Zn + 4HNO3 = Zn(NO3)2 + 2NO2 + 2H2O
Zn + H2SO4 = ZnSO4 + H2
Təcrübə 3. Sink hidroksidin alınması və amfoterliyi
Sınaq şüşəsinə 2-3 ml sink sulfat məhlulu töküb, onun üzərinə bir qədər 0,1n qələvi məhlulu əlavə edin. Reaksiyanın tənliyini yazın. Alınan sink hidoksid çöküntüsünü iki hissəyə bölərək, birinə bir qədər qələvi, digərinə isə turşu əlavə edin. Nə müşahidə olunur? Reaksiyanın tənliyini yazın.
Zn(OH)2 + 2HCl = ZnCl2 + 2H2O
Zn(OH)2 + 2NaOH = Na2ZnO2 + 2H2O
Na sinkart
Zn(OH)2 + NaOH = Na2[Zn(OH)4]
məhlul
Dostları ilə paylaş: |