Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti nəzdində Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci



Yüklə 129,45 Kb.
səhifə5/10
tarix02.12.2023
ölçüsü129,45 Kb.
#171523
1   2   3   4   5   6   7   8   9   10
İqtisadiyyata giriş

İstehsal bütövlükdə iqtisadiyyat üçün həllediсi mərhələdir. Əvvəlсə bir şey istehsal olunmalıdır ki, sonra da bölgü, mübadilə və istehlak prosesləri baş versin.

İstehsal olunmuş məhsulun miqdarı nə qədər çox olarsa əhalinin yaşayış səviyyəsi də bir o qədər yüksək olar. Çox istehsal edən ölkə varlı və güсlü olur. Bunu müəyyən etmək üçün ÜDM – i ölkə əhalisinin sayına bölürlər.

  • Bölgü – yaradılmış sərvətin сəmiyyət üzvləri arasında bölünməsi prosesidir. Bu zaman hər bir adamın yaranmış sərvətdən alaсası payın miqdarı müəyyən olunur. Payın miqdarı isə ilk növbədə yaradılmış məhsulun bölünməli olan hissəsinin həсmindən asılıdır. Bəzən belə də olur ki, əldə olan məhsul norma üzrə bölünür (müharibə vaxtı, təbii fəlakətlər olduqda və s.), məqsəd çətin şəraitdə əhalini ərzaqla təmin etməkdir.

  • Mübadilə. Bölgü zamanı müəyyən bir məhsuldan pay almış hər kəs, digər məhsullara olan tələbatını ödəmək üçün, məhsulun müəyyən bir hissəsini başqa məhsullara dəyişir, yəni mübadilə edir. Məsələn, buğdanı verib əvəzində parça alır.

  • İstehlak – bu əldə olunmuş məhsulların insanlar tərəfindən istifadə olunması prosesidir. İstehlak zamanı faydalı şeylər yox olur: çörək yeyilir, neft yandırılır və s. İstehlak prosesində yox olmuş şeylərin yeri doldurulmalıdır, yəni təkrar istehsal edilməlidir.


Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti nəzdində Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci

İxtisas: Bank işi


Fənn: İqtisadiyyata giriş

Sərbəst iş №-5
Mövzu: İctimai istehsalın strukturu. Təkrar istehsal
Şöbə: İqtisadi ixtisaslar
Qrup: 001Q
Kurs: 1
Tələbə: Cəfər Nəcəf Şəms
Müəllim: Rzayeva Leyli

Bakı -2023


İctimai isthsalın strukturu. Təkrar istehsal
Bildiyimiz kimi insanlar yaşayıb inkişaf etmələri üçün gündəlik fəalliyyətində müəyyən qədər maddi və mənəvi nemətlərdən,müxtəlif xidmətlərdən istifadə etməlidirlər.İnsanlar tərəfindən bunların istehlakı daimi olduğu kimi onların istehsalı da daimi olmalıdır.Cəmiyyət üzvlərinə lazım olan bu məhsul və xidmətlərin istehsalın daim davam etməsi təkrar istehsal adlanır.Təkrar istehsal-istehsalın fasiləsiz,bərpa və təkrarlanmasıdır.O məhsuldar qüvvələrin istehsal münasibətlərinin nemətlərinin təkrar istehsalıdır.Əhatə dairəsinə görə təkrar istehsal fərdi və ictimai təkrar istehsal formalarında olur.Fərdi təkrar istehsal dedikdə ayrı-ayri təsərrüfatlarda,müəssisələrdə həyata keçirilən təkrar istehsalı nəzərdə tutulur.Öz fəaliyyətlərində fərdi təkrar istehsallar bir-birilə qovuşur və ictimai təkrar istehsal əmələ gətirirlər.Müəyyən ölkə çərçivəsində həyata keçirilən fərdi təkrar istehsalların məcmusu ictimai təkrar istehsalı hesab olunur.Hər bir ictimai istehsal eyni zamanda ictimai təkrar istehsaldır. İTİ (ictimai təkrar istehsal)-nin mahiyyəti dedikdə aşağdakıların təkrar istehsalı nəzərdə tutulur:
a) maddi nemətlərin tkr istehsalı; bu zaman müəyyən maddi nemətlərdən istifadə olunaraq digər maddi nemət istehsal olunur.
b)hər bir tkr istehsal iş qüvvəsinin tkr istehsalıdır.İTİ-da işçi qüvvəsinin tkr istehsalı nəzərdə tutulur.Bildiyiniz kimi iş qüvvəsinə malik olan işçilər əbədi deyillər.Onlar müəyyən müddətdən sonra istehsal üçün gərəksiz olurlar.Yəni işçi qüvvəsi əhalinin təbii artımı vasitəsiylə həyata keçirilir.İxtisaslı işçi qüvvəsi isə təhsil muəssisələrində,iş yerlərində hazırlanır.
c)hər bir tkr istehsal istehsal munasibətlərin,ilk növbədə mülkiyyət,mövqe,bölgü münasibətlərinin tkr istehsalı prosesidir.Belə ki,tkr istehsal prosesindən əvvəl istehsal vasitələri kimə məxsusdursa prosesdən sonra da ona məxsus olur(həm məhsul həm də istehsal vasitələri).İşçi də əvvəlki münasibətlərdə qalır.
ç)Hər bir İTİ istehsal şərtlərinin tkr istehsalı prosesidir ,yəni,kəsilmiş meşə,mal-qara,sıradan çıxmış avadanlıqlar və s bərpa olunur.
Hər bir tkr istehsal prosesi aşağıdakı 4 fazanı əhatə edir:
-istehsal
-mübadilə
-bölgü
-istehlak
İstehsal fazasında yuxarıda izah etdiyimiz kimi bir cur maddi nemətlərdən istifadə olunaraq digərləri istehsal olunur.Mübadilə fazasında isə istehsal olunmuş məhsullar pula (bəzi hallarda məhsula) mübadilə olunur, yəni satılırlar.Bölgü fazasında isə mübadilədən əldə edilən pul istehsal şərtləri arasında bölüşdürülür.Pulun bir hissəsi istehlak edilmiş istehsal vasitələrinin bərpasına sərf olunur; müəyyən hissəsi işçi qüvvəsinə öz iş qüvvəsini bərpa etmək üçün verilir; bir hissəsi də sahibkar mənfəət şəklində mənimsəyir.İstehlak fazasında isə istehsal olunmuş maddi nemətlər istehlak olunurlar, fiziki cəhətdən yox edilirlər.
Marksa görə cəmiyyətin mütərəggi inkişafının əsas şərti geniş təkrar istehsaldır.İctimai kapitalın genişlənməsinin əsas mənbəyi isə izafi dəyərdir.Buna görə də təkrar istehsalın strukturu və ictimai tələbatın strukturu arasında nisbətin olması və yaxud da professionallığın olmasını tələb edir.
Marks ictimai istehsalı 2 bölməyə ayırır:
I bölmə-İstehsal vasitələri istehsalı
II bölmə-İstehlak şeyləri istehsalı
Təkrar istehsalın aşağıdakı modelləri var:
I.Kenenin,Tuqonun tkr istehsal modeli siniflər nəzəriyyəsilə sıx əlaqədardır.Keneyə görə millət 3 sinifdən – istehsalçı, mülkiyyətçi, bəhrəsizdən ibarətdir.O fəhləni, fermeri, kapitalisti bir-birindən ayırmır,onları məhsuldar sinif adlandırır.Kenenin təkrar istehsal nəzəriyyəsində əsas yeri reallaşdırma problemi tutur.
II.K.Marks- İTİ-nin tkr istehsal nəzəriyyəsi 3 qarşılıqlı əlaqəli hissədən ibarətdir.
a)Abstrakt reallaşdırma nəzəriyyəsi
b)Milli Gəlir nəzəriyyəsi
c)İqtisadi Böhran nəzəriyyəsi
Marksa görə ictimai kapital fərdi kapitalın bazar mexanizmləri vasitəsilə qarşılıqlı əlaqəsinin məcmusudur.
İTİ-ın sadə və geniş növləri var.Sadə təkrar istehsal dedikdə istehsalın əvvəlki həcmdə tkr istehsalı nəzərdə tutulur.Geniş tkr istehsal dedikdə isə əvvəlki dövrə nisbətən artmış həcmdə tkr istehsal nəzərdə tutulur.Igtisadiyyatın normal inkişafı üçün geniş tkr istehsal xasdır. Çünki cəmiyyətin inkişafı ilə əlagədar cəmiyyət üzvlərinin tələbatı daim artır, yeniləşir.Daim artan, yeniləşən tələbatı ödəmək üçün nemət və xidmətlər istehsalını artırmaq və yeniləşdirmək lazımdır.
Yuxarıda qeyd etdiyimiz tiplərdən əlavə təkar istehsalın özünə məxsus meyarları vardır.Bu meyarıara ekstensiv,intensiv və qarışıq təkar istehsal hədləri daxildir.Bunlar istehsalın geniş tipi üçün əhəmiyyət daşıyır.


Yüklə 129,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin