Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti nəzdində Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci


Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti nəzdində Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci



Yüklə 129,45 Kb.
səhifə3/10
tarix02.12.2023
ölçüsü129,45 Kb.
#171523
1   2   3   4   5   6   7   8   9   10
İqtisadiyyata giriş

Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti nəzdində Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci

İxtisas: Bank işi


Fənn: İqtisadiyyata giriş

Sərbəst iş №-3
Mövzu: İqtisadi sistem və mülkiyyət
Şöbə: İqtisadi ixtisaslar
Qrup: 001Q
Kurs: 1
Tələbə: Cəfər Nəcəf Şəms
Müəllim: Rzayeva Leyli

Bakı -2023


İqtisadi sistem və mülkiyyət
Mülkiyyət yalnız iqtisadi deyil, həmçinin hüquqi kateqoriyanı ifadə edir. Mülkiyyət iqtisadi kateqoriya kimi, mənimsəmə və ya başqa sözlə desək, istehsal vasitələri və onların köməyilə yaradılan nemətlərin məxsusluğumünasibətlərini əks etdirir. Yaxud mülkiyyət münasibətləri mülkiyyətçinin öz əmlakına münasibətlərini təmsil edir. Əgər mülkiyyətə hüquq nöqtəyi –nəzərindən baxsaq, onda mülkiyyət hüquqi mülkiyyət üzrə mülkiyyət hüquqlarının butöv dəstini göstərir. Onların içərisində ən mühümləri kimi yuxarıda xatırlanan mənimsimə hüququ özgəninkiləşmə (mülkiyyət hüququnun digər iqtisadi subyektə verilməsi) hüququ, əmlaka sahiblik, istifadə etmə və sərəncam vermə hüquqlarını ayırırlar. İstifadə etmə hüququ mülkiyyətçi tərəfindən digər şəxsə verilə bilər, məhz icarə kimi, belə bir genişlənmiş iqtisadi hadisə buna əsaslanmışdır. Müasir iqtisadi nəzəriyyədə mülkiyyət hüquqları nəzəriyyəsi getdikcə daha geniş yayılır ki, bunun da əsasında resursların məhdudluğu kimi, onların belə bir xüsusiyyəti durur. Bu nəzəriyyəyə uyğun olaraq mülkiyyət münasibətləri resurslara çatmaqdan istisna olunma sistemin təmsil edir (qaydaya görə resurs nə qədər çox nadir olarsa ona çatmaq bir o qədər məhduddur). Bu nəzəriyyədə mülkiyyət hüquqlarının spesifikləşdirilməsinə, yaxud onların dəqiq müəyyinləşdirilməsinə mühüm əhəmiyyət verilir, çünki mülkiyyət hüquqlarının müəyyənləşdirilməsindəki qeyri- dəqiqlik transaksiya xərclərinin artmasına və iqtisadi səmərəliliyin aşağı düşməsinə səbəb olur. 4. Mülkiyyətin tipləri və formaları, onların reallaşması 19 İqtisad elmində adətən mülkiyyətin iki əsas formasını fərqləndirirlər: xüsusi və ictimai. Xüsusi mülkiyyət ev təsərrüfatlarının mülkiyyətini (şəxsi əmlakı və əmanətləri) və ayrıayrı şəxslərin mülkiyyətində olan müəssisələri təmsil edir. İctimai mülkiyyət birinci növbədə dövlət mülkiyyət formasında mövcud olur. Dövlət mülkiyyəti iqtisadi nöqteyi-nəzərdən xüsusi mülkiyyətə nəzərən daha az səmərəlidir, ancaq o mərkəzləşdirilmiş idarəetmənin tələb olunduğu sfera və sahələrdə, strateji sahələrdə (həyati təminat sahələri – enerji, su, qaz təchizatı) aşağı mənfəətli sahələrdə (məsələn, bir çox ölkələrdə kömür hasilatı sənayesi) habelə çox iri kapital qoyuluşlarını tələb edən sahələr də münasibdir və hətta zəruridir. İctimai mülkiyyətə həmçinin bələdiyyə mülkiyyət forması da aiddir. Mülkiyyət formaları müxtəlif mülkiyyət formalı: xüsusi və dövlət müəssisələrinin yaradılmasınada reallaşır. Müasir iqtisadiyyatda həm xüsusi, həm içtimai mülkiyyət formalarının əlamətlərini uzlaşdıran kollektiv mülkiyyət müəssisələri geniş yayılmışdır. Belə mülkiyyət növlərinə kooperativ mülkiyyəti şəriklik formasında müəssisələrin mülkiyyəti, sahmdar çəmiyyətlərinin mülkiyyəti aiddir. Mülkiyyət haqqında Azərbaycan Respublikası qanununa uyğun olaraq bizim ölkədə mülkiyyət dövlət, kollektiv və xüsusi mülkiyyət formasında çıxış edir. Həmçinin qarışıq mülkiyyət formasının yaradılmasına da yol verilir. 5.Milliləşdirmə və özəlləşdirmə. Azərbaycanda özəlləşdirmə prosessi və onun xüsusiyyətləri. Müəssisələr özünün mülkiyyət formasını özəlləşdirmə və ya milliləşdirmə yolu ilə dəyişdirə bilər. Müəssisələrin xüsusi mülkiyyət formasından dövlət mülkiyyət formasına keçidi milliləşdirmə adlanır. Dövlət mülkiyyət formasında xüsusi və ya kollektiv mülkiyyət formalarına keçid özəlləşdirmə adlanır. Özəlləşdirmə müxtəlif üsullarla aparılar bilər: dövlət mülkiyyətinin əvəzsiz və ya pulla (adətən hərraclar yolu ilə) müəssisələrin səhmdarlaşdırılması, çek özəlləşdirilməsi və s. yolla xüsusi mülkiyyətə verilməsi. Özəlləşdirmə inzibati – amirlik sistemindən bazar tipli iqtisadiyyata keçidi prosesində mühüm mərhələdir. Azərbaycanda özəlləşdirmə prosessi 1995-ci ildə qəbul edilmiş Dövlət özəlləşdirmə Proqramı əsasında keçmişdir. Azərbaycan Respublikasında özəlləşdirmənin səciyyəvi xüsusiyyəti bu olmuşdur ki, o əhaliyyə özəlləşdirmə çeklərinin verilməsi, həmçinin hərraclarda (istər çek, istərsə də həmçinin pul) müəssisələrin satışı yolu ilə baş vermişdir. 2000 –ci ildə ikinci özəlləşdirmə proqramı fəaliyyətə başladı.



Yüklə 129,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin