Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti nəzdində Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci
İxtisas: Bank işi
Fənn: İqtisadiyyata giriş
Sərbəst iş №-7 Mövzu: Sahibkarlıq bazar münasibətlərinin xüsusi atributudur
Şöbə: İqtisadi ixtisaslar
Qrup: 001Q
Kurs: 1
Tələbə: Cəfər Nəcəf Şəms
Müəllim: Rzayeva Leyli
Bakı -2023
Bazar iqtisadiyyatına keçidlə əlaqədar Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri də sahibkarlıq fəaliyyətinin formalaşması və inkişaf etdirilməsidir. Bu məqsədlə dövlət mülkiyyətinin özəlləşdirilməsi və iqtisadiyyatın liberallaşdırılması ilə yanaşı “Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanıınu” da qəbul edilmişdir. Bu qanunda sahibkarlığın mahiyyəti, prinsipləri, sahibkarlıq subyektlərinin hüquq və vəzifələri, sahibkarlığın dövlət tərəfindən müdafiə də təqdir olunmasının forma və üsulları, sahibkarlığın dövlət orqanları ilə qarşılıqlı münasibətləri və s. müəyyən edilmişdir. Qanunda göstərilir ki, sahibkarlıq fəaliyyəti fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə etmək məqsədilə özlərinin cavabdehliyi və ya əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və ya fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir.
Qanun mülkiyyətin bütün formalarının bərabərliyi prinsipinin həyata keçirilməsi, müstəqil olaraq fəaliyyət sahələri seçilməsi və iqtisadi qərarlar qəbul edilməsi əsasında iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılmasına yönəldilmişdir.
Qanunun birinci bölməsində sahibkarlıq fəaliyyəti, sahibkarlıq haqqında qanunvericilik, sahibkarlığın subyektləri və sahibkarlıq hüdudlarının hüquqi nizamlanması məsələləri açıqlanır. Qanunun ikinci bölməsində sahibkarın hüquq və vəzifələri, üçüncü bölməsində isə sahibkarlığın dövlət tənzimlənməsi məslələri nəzərdən keçirilir.
Qanunun dördüncü bölməsində isə sahibkarlıq fəaliyyətinin dayandırılması və ona xitam verilməsi məslələrindən bəhs olunur. Qanunda göstərilir ki, sahibkarlıq fəaliyyətinin dayandırılması haqqında qərarı adətən sahibkarın özü qəbul edə bilər. Dövlət orqanları, o cümlədən antiinhisar fəaliyyəti, vergi, ekologiya, sanitariya, memarlıq, texniki təhlükəsizlik, yanğından qorunma məsələləri üzrə səlahiyyətli orqanlar isə sahibkarlıq fəaliyyətinin dayandırlması haqqında təqdimat vermək hüququna malikdirlər. Mübahisələr yalnız məhkəmə yolu ilə həll edilirlər. Sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə qərarı da sahibkarın özü tərəfindən və ya məhkəmə tərəfindən qəbul edilir.
Bu qanunla yanaşı, sahibkarlığın hüquqi bazasını möhkəmlətmək üçün çoxlu miqdarda qanun və normativ hüquqi sənəd qəbul edilmişdir. Bunlara dövlət mülkiyyətinin özəlləşdirlməsi, kiçik və orta sahibkarlığa dövlət yardım regionların sosial-iqtisadi inkişaf proqramları və s. göstərmək olar. Sahibkarlığa kömək məqsədilə “Sahibkarlığa Kömək Milli Fondü’da yaradılmışdır. Sahibkarlığa kömək məqsədilə ilə informasiya mərkəzləri, lizinq firmaları və şairələr də yaradılmışdır. Özəlləşdirmənin həyata keçirilməsi nəticəsində 40 mindən çox kiçik müəssisə və obyekt, 1600-ə yaxın iri obyekt özəl mülkiyyətə çevrilmişdir. Bunun nəticəsində ÜDM-da özəl bölmənin payı 2008-ci ildə 84,5% təşkil etmişdir. Kənd təsərrüfatı və digər sahələrdə özəl bölmənin payı daha yüksəkdir.
Məlum olduğu kimi, Azərbaycan XIX əsrin əvvəllərində Rusiya- İran və Rusiya-Türkiyə müharibələri nəticəsində Rusiya tərəfindən istila edilmişdi və burada müstəmləkə rejimi yaradılmışdı. Lakin XIX əsrin 60-70-ci illərində çarizmin həyata keçirdiyi burjua islahatları nəticə etibarilə sərbəst kapitalrdan və iş qüvvəsindən istifadə üçün, işgüzar adamların təşəbbüskarlığı üçün yeni imkanlar yaradırdı. Azərbaycanda ticarətin və sənayenin inkişafı müxtəlif zümrələrin nümayəndələrinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi ilə müşayiət olunurdu. Bu dövrdə milli sahibkarların ən ali təbəqəsi iqtisadi cəhətdən güclü olan neft sənayesi burjuaziyasının tərkibinə daxil idi. İnkişafın ilk dövrlərində Azərbaycan neft sənayesinin inkişafına kapital qoyuluşlarının ən əsas mənbələrindən biri məhz milli sahibkarlar olmuşlar. Nəticədə, XEX əsrin 90-cı illərinin ortalarında Bakıda çıxarılan neftin 15%-dən çoxu H.Z.Tağıyev və Ş.Əsədullayevin iki neft firmasının payına düşürdü. XX əsrin əvvəllərində isə milli kapitalın əhəmiyyəti daha da artdı. 1908-1910-cu illərdə 60-dan çox azərbaycanlı sahibkara 80-dan çox firma mənsub idi.