Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Qızlar Universiteti “Azərbaycan dili və Ədəbiyyat” kafedrası “Azərbaycan ədəbiyyatı tarixi” fənni üzrə


Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərində qadın azadlığı



Yüklə 42,24 Kb.
səhifə3/5
tarix14.04.2022
ölçüsü42,24 Kb.
#55427
1   2   3   4   5
Sərbəst iş-Bahar Bayramova (5 mövzu) (BQU)

Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərində qadın azadlığı.




Füzuli əsərlərinin ikinci cildinə şairin "Leyli və Məcnun" əsəri, alleqorik poemalarından "Bəngü Badə" və "Söhbət ül-əsmar", ana dilində yazdığı müəmmalar, məşhur "Şikayətnamə"si, Qazi Əlaəddinə, Əhməd bəyə, Bayəzid Çələbiyə yazdığı məktublar və Əbdürrəhman Camidən tərcümə etdiyi "Hədisiərbəin" daxil edilmişdir.

Beləliklə, I və II cildlər Füzulinin qəsidələrindən və "Hədiqət üs-süəda"dan başqa ana dilindəki bütün əsərlərini əhatə edir.

"Leyli və Məcnun" Füzuli yaradıcılığının yüksək zirvəsidir. Şərq xalqları içərisində çox geniş yayılmış bu mövzunun qədim bir tarixi vardır. Hələ qədim zamanlardan ərəb şifahi ədəbiyyatında mövcud olaıı bu mövzuda ilk dəfə 1188- ci ildə Nizami Gəncəvi epik poema yazmış, sonralar onlarca Şərq şairi bu mövzuya müraciət etmişlər. "Leyli və Məcnun" türk ədəbiyyatının da sevimli mövzularından olmuş və hələ XV əsrdən başlayaraq türk dilində bir çox "Leyli və Məcnun" əsərləri yaranmışdır ki, bunların içərisində geniş şöhrət qazanıb nadir sənət nümunəsi kimi əbədiləşən Füzuli poeması olmuşdur.

Füzuli özünün həssas sənətkar təbiətinə çox uyğun olan bu mövzunu sələflərindən fərqli bir şəkildə işləyərək, əsərə bir çox yeni epizodlar və mövzu ilə bağlı türk xalq ədəbiyyatında yayılan rəvayətlər əlavə etməklə insanın mənəvi əzəməti, insan gözəlliyinin ülviliyi və məhəbbətin qüdrətini tərənnüm edən ölməz sənət abidəsi yaratmışdır. Saf, təmiz eşqin mənəvi qələbəsini təsdiq edən bu əsərində şair bir sıra ictimai məsələlərə də toxunmuş, sevgi azadlığı, məhəbbət aləmində bərabərlik, insan şəxsiyyətinə hörmət, vəfa, sədaqət, fədakarlıq, dəyanət kimi gözəl sifətlərdən bəhs etmişdir. Poemada Füzulinin fəlsəfi-irfani düşüncələrinə də geniş yer verilir. Və həm də bu problemlər burada da yenə insan qəlbinin bu ali hissilə bağlı şəkildə öz bədii-fikri tutumunu tapmışdır. Şair eləcə də İnsan və təbiət probleminin həllində bu zəmindən çıxış edir. Poemada "hünər və kamal əhli" olan zəka sahiblərinin müsibəti, müqəddəs arzular önünə çıxan maneələrin keçilməzliyinə etiraz da baş mövzu ilə ustalıqla əlaqələndirilir.

Əsərdə xüsusi diqqəti çəkən problemlərdən biri də orta əsr qadınlarının hüquqsuzluğuna, kölə vəziyyətinə etiraz və usyandır. Əsərin qadın qəhrəmanı Leylinin dilindən deyilmiş aşağıdakı sətirlərə diqqət edək:

Mən gövhərəm, özgələr xiridar,

Məndə deyil ixtiyari-bazar.

Dövran ki, məni məzada saldı,

Bilmən kim idi satan, kim aldı.

Olsaydı mənim bir ixtiyarım,

Olmaz idi səndən özgə yarım.
Bu sətirlərdə, eləcə də Leylinin şama, pərvanəyə, aya, səbaya, buluda müraciətlərində şair qüvvətli bədii ümumiləşdirmə ilə qadının mənəvi azadlıq istəyini ifadə edir.

Zəmanəsinin ictimai dərdlərini mahir sənətkar qələmilə göstərən bu poema həm ideya baxımından, həm də bədii gözəlliyi ilə klassik Şərq poeziyasının misilsiz nümunələrindən biri kimi tanınmaqdadır. Son dərəcə maraqlı kompozisiyası, sadə, zəngin dili ilə seçilən bu əsəri şair lirik ricətlər, baş verən əhvalatların ruhuyla səsləşən gözəl təbiət təsvirləri ilə daha da zənginləşdirmiş, hadisələr və qəhrəmanların əhvali-ruhiyyəsinə uyğun ecazkar qəzəl nümunələriylə zinətləndirmişdir. Bədii sözə zərgər dəqiqliyi ilə yanaşmağı bacaran ustad sənətkar doğma dilin zəngin ifadə imkanları və klassik poetikanın qayda-qanunlarından məharətlə bəhrələnmiş, şeirin məna tutumuna təsir edən və zahiri gözəlliyini artıran bədii vasitələri bir-birilə vəhdətdə işlətmişdir. Poemada xalq danışıq ifadələri, xalq məsəlləri, sadə el deyimləri, xalq ədəbiyyatının dərin hikmətini özündə əks etdirən aforizmlər ustalıqla əsas məzmuna bağlanır.

Füzuli hələ gənc yaşlarında yazdığı "Bəngü Badə" əsərində də zəmanəsinin ictimai dərdlərinə toxunmuş, alleqorik şəkildə da olsa Beng və Badənin timsalında mülk-torpaq üstündə gedən qanlı çəkişmələrə, şöhrət, ad-san, mənəmlik üçun aparılan qəsbkarlıq vuruşmalarına qarşı çıxaraq Bəng ilə Badənin bir-birinə meydan oxuyan hücum və təhdidlərində dövrünün tarixi hadisələrinə işarə vurmuşdur.

Füzuli zəmanəsində gördüyü ictimai çatışmazlıqlara, baş verən əbəs çəkişmələrə eləcə də "Söhbət ül-əsmar" əsərində öz münasibətini bildirmiş, yersiz qürur, mənasız öyünmələrin fayda vermədiyini, bir-birinin eyblərini söyləməklə öz məziyyətlərini tərifləyən meyvələrin mübahisəsində göstərmişdir. Meyvələrin xassələri və onların hər birinin insan orqanizminə təsirini gözəl bilən şairin bu əsəri zahirən uşaqlar üçün yazılmış sadə əsər kimi görünsə də öz fəlsəfi-nəsihətamiz ruhu ilə diqqəti cəlb edir. Əsərdə ictimai ədalətsizliyə etiraz edən, dünyanın vəfasızlığından şikayətlənən şair yazır:


Dünya işinin mədarı yoxdur,

Heç kimsəyə etibarı yoxdur.

Eylər birisini sahibi-tac,

Ol birisin eylər ona möhtac.

Anadilli Azərbaycan Ədəbiyyati tarixində bədii nəsrin ilk nümunələrini yaradan Füzulinin Sultan Süleymana yazdığı "Şikayətnamə" adlı bədii məktubunda zəmanəsinin vaqf ifadələrindəki rüşvətxorluq va süründürməçilik tənqid olunur. Xalq malı hesab ounan vəqf pullarını məmurlar tərəfindən mənimsənildiyini, özbaşınalıq və qanunsuzluğu casarətlə aks etdirən bu əsərdə eyni zamanda istedadlı adamların qiymətləndirilməmisinə ciddi etiraz ifadə olunmaqdadır. Füzulinin zəmanəsinin ədalətsizliklərini ifadə edən bu əsəri bədii dəyəri, məntiqi kəskinliyi və şairin məharətlə nümayiş etdirdiyi bədii umumiləşdirmələri ilə sevilir. Elə ona görədir ki, о indi də öz əhəmiyyətini itirməmiş, "Salam verdim, rüşvət deyildir deyə almadılar. Hökm gostərdim faidəsizdir deyə mültəfit olmadılar" - cümlələri həyati mənasını saxlayaraq, zərbi-məsəl kimi işlənməkdədir.

Füzulinin Qazi Əlaəddinə, Əhməd bəyə və Bəyazid Çələbiyə yazdığı məktubları da bədii nəsrimizin yaxşı nümunələri kimi adəbiyyat tariximiz üçün əhamiyyətlidir.

Şairin fars-tacik şairi Əbdürrəhman Caminin "Hədisi-ərbain" əsərinin tərcüməsi bədii tərcümə tariximizdə özunəmaxsus görkəmli yerlərdən birini tutur.

Fuzuli müəmmalar da yazmış və Azərbaycan dilində bu janrın diqqətəlayiq nümunələrini yaratmışdır.

Böyük şairin bu cildə daxil olan əsərləri hələlik ən qədim və mötəbər sayılan əlyazmaları, daş basmaları və nəşrləri əsasında tərtib edilmişdir.


  1. Yüklə 42,24 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin