I yüngül dərəcəli
|
D = 100-200 rad (1-2 Qr)
|
II orta dərəcəli
|
D = 200-400 rad (2-4 Qr)
|
III ağır dərəcəli
|
D = 400-600 rad (4-6 Qr)
|
IV çox ağır dərəcəli
|
D 600 rad (6 Qr)
|
Müxtəlif sıx və qalın materiallardan keçərkən nüfuzedici radiasiyanın təsiri zəifləyir. Məsələn, poladın 2,7 sm, betonun 10 sm, torpağın 14 sm, suyun 23 sm, ağacın 30 sm qalınlığı nüfuzedici radiasiyanı 2 dəfə zəiflədir (bunlara yarım zəiflətmə qatı deyilir). Nüfuzedici radiasiyadan mühafizə, məhz materialların bu xüsusiyyətinə əsaslanır. Belə ki, radiasiya dozasını üstüörtülü xəndək 40 dəfə, mühafizə üçün uyğunlaşdırılmış zirzəmi 400 dəfə zəiflədir.
Neytron seli tərkibində hidrogen olan maddələrdə (şamda, parafində, betonda) daha çox zəifləyir.
Dostları ilə paylaş: |