Azərbaycan Respublikası Təhsil Nazirliyi Kooperasiya Universiteti



Yüklə 1,06 Mb.
səhifə2/13
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#42166
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   13
Günel Abdullazadə Mülki müdafiə

Nüvə silahı
Nüvə silahı, məlum olan digər kütləvi qırğın silahlarına görə güclü zədələyici xassəyə malikdir. Nüvə silahından, müxtəlif növ nüvə reaksiyaları nəticəsində ayrılan enerjidən istifadə olunur.

Nüvə silahının partlayış gücü trotil ekvivalenti ilə xarakterizə edilir. Trotil ekvivalenti - partlayışın enerjisini bu nüvə sursatının partlaması nəticəsində alınan enerjiyə bərabər adi partladıcı maddənin (trotil) tonla miqdarına deyilir. Müxtəlif nüvə sursatlarının gücü bir neçə milyon tona (meqaton) qədər olur. Nüvə partlayışı həm zədələyici təsir gücünə, həm də müxtəlif amillərin zərərli təsirinə görə adi döyüş sursatlarından fərqlənir.



Nüvə silahı


Nüvə silahı ilk dəfə 1945-ci ilin avqustunda ABŞ-ın silahlı qüvvələri tərəfindən Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə qarşı istifadə olunmuşdur.

Xirosimaya və Naqasakiyə atom bombası atılan an


Nüvə silahını hədəfə çatdırmaq üçün müxtəlif növlü raketlərdən, təyyarələrdən, sualtı qayıqlardan, gəmilərdən, habelə artilleriya toplarından istifadə etmək mümkündür. Nüvə silahının tətbiqi məqsədindən və basqın hədəfinin xarakterindən asılı olaraq nüvə sursatları kosmosda, havada, yerin üstündə, yerin altında və suyun üstündə, suyun altında partladıla bilər. Nüvə partlayışı nəticəsində beş cür zərərli təsir meydana çıxır. Bunlara nüvə partlayışının zədələyici amilləri deyilir. Bunlar aşağıdakılardır:

Nüvə partlayışı enerjisi təqribən 50%-i zərbə dalğasının, 35%-i işıq şüalanmasının, 4%-i nüfuzedici radiasiyanın yaranmasına, 10%-i yerin radioaktiv zəhərlənməsinə və 1%-i isə elektromaqnit impulsunun yaranmasına sərf olunur. İndi isə nüvə silahının zədələyici amillərini nəzərdən keçirək:



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin