Anketləşdirmə - sosioloji və psixoloji tədqiqatlarda daha çox istifadə edilərək standart
xarakter daşıyan metoddur.
Müsahibənin keyfiyyətinə təsir edən üç əsas sual tipi vardır: 1) sualın stili (aydınlıq,
lakoniklik, terminologiya), 2) sualların məntiqi ardıcıllığı, 3) sualın etik cəhətləri.
Eyni vaxtda bir neçə ekspertin biliyinin aşkarlanması, müzakirələr və diskusiyalar zamanı
orijinal fakt və hadisələrin meydana çıxması ilə nəticələnən fəal qrup metodlarına beyin həmləsi,
dəyirmi masa, işçi oyunlar daxildir.
Beyin həmləsi – yaradıcı təfəkkürün sərbəstliyini və fəallağını artıran metod kimi geniş
yayılmışdır. 40 dəqiqəyə qədər müəyyən edilən bu prosesdə 10 nəfər iştirakçı müəyyən mövzuda
tənqid edilmədən zarafat, fantastik, hətta yanlış ideya söyləyə bilər. Maraqlı odur ki, ideyaların
miqdarı pik həddə çatdıqda iştirakçılar analitik təfəkkür prosesini gücləndirərək deyilməmiş yeni
ideyalar axtarmağa cəhd edirlər.
Biliyin seçilməsi prosesində ekspert oyunları metod kimi istifadə edilir. Ekspert oyunları üç
metodun müəyyən elementlərini özündə birləşdirir: 1) mütəxəssis hazırlığında və
modelləşdirmədə geniş istifadə edilən işgüzar oyunlar; 2) diaqnostik oyunlar; 3) təlimdə daha çox
istifadə edilən kompüter oyunları.
İşgüzar oyunların məqsədi müəyyən qrup iştirakçılarının həh hansı fəaliyyətinin real
mənzərəsini nümayiş etdirməkdir. Təlim, istehsalat və elmi-tədqiqat xarakterli oyunlar
fərqləndirilir.
Trenajor oyunları həqiqi təcrübi fəaliyyətə uyğun mənzərə yaratmağa və eksperti real
şəraitdə müşahidə etməyə imkan yaradır. Onlar təlim prosesində (məs: təyyarəçilərin, atom
stansiyası operatorlarının, kosmonavtların, hərbi qulluqçuların təlimi) daha geniş tətbiq olunur.
Kompüterlərdə yüzlərlə proqramlar işgüzar oyunlarda istifadə olunur:
1. mövqe oyunları (şahmat, dama və s);
2. dinamik oyunlar (hərəkər edən obyektə atəş açmaq, futbol və s.);
3. istifadəçinin süjetə müdaxiləsinə imkan verən dialoq oyunları;
4. təlim xarakterli oyunlar.
Mətnşünaslıq (tekstologiya) metodları sənəd-informasiya daşıyıcılarının təhlilinə, sintezinə
əsaslanır. Mətndə məna etibarı ilə iki cəhəti ayırmaq olar: - müəllifin fikri, yəni onun model aləmi,
oxucunun, yəni bilik mühəndisinin mütaliə prosesində aldığı məna.
ETS-lərin deyilən mərhələləri təcrübi olaraq həyata keçirildikdən sonra təhsil sahəsində
seçilmiş biliklərin strukturlaşdırılması məsələləri həll edilməlidir. Strukturlaşdırma predmet saəsnin
qismən formal təsvir prosesidir. Burada, predmet sahəsinin konseptual və funksional strukturunun
işlənməsinə, bilik bazasının formalaşdırılmasına və proqramla reallaşdırılmasına diqqət verilir.
Təhsil sahəsinin konseptual strukturu, yaxud modeli onun obyektlərinin və həmin obyektlər
arasında qarşılıqlı əlaqələrin təsviridir.
Funksional struktur – məsələni həll edən zaman ekspertin istifadə etdiyi mühakimələri və
qəbul etdiyi qərarları əks etdirən modellərdir.
Predmet sahəsində biliklərin konseptual və funksional strukturunu formallaşdırdıqdan
sonra bilik mühəndisi proqramçı ilə birlikdə bilik bazasında biliyin təqdimi üçün əlverişli
proqramlaşdırma vasitələri müəyyən etməlidir. Belə vasitələr isə ya translyatorlar, ya da örtüklər
ola bilər.