Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi


Ekspertl təlim sistemlərinin işlənməsinin texnologiyaları



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə75/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   71   72   73   74   75   76   77   78   ...   96
muh tehsilde ve elmde IKT

Ekspertl təlim sistemlərinin işlənməsinin texnologiyaları. 

 

Bütün təhsil ssistemi üçün ayrı-ayrı ETS-lərin işlənməsinin nümunəvi texnologiyası demək 



olar ki, eynidir. Hazırda mütəxəssislər ETS-lərin işlənməsini altı ardıcıl məntiqi mərhələyə 

bölürlər: 

1)  Təhsil sahəsində məsələlərin müəyyən edilməsi

2)  prototip sisteminin işlənməsi; 

3)  ES-in işlənməsinin istismar səviyyəsinə çatdırılması; 

4)  ekspert  təlim sisteminin qiymətləndirilməsi; 

5)  sistemin əlaqələndirilməsi; 

6)  sistemin dəstəklənməsi. 

Problem sahəsinin və məsələlərin müəyyən edilməsi – ETS-in bütün mərhələləri üçün 

vacibdir. ETS-in rəhbəri, yəni bilik mühəndisi problemi müəyyən etməlidir. Əlverişsiz problem 

seçildiyi halda vaxt və vəsait itkisinə səbəb ola bilər. Problemin həlli üçün vacib olan biliklər də 

sabit, dəqiq və nisbətən daimi xarakter daşımalı və bütün əlaqədar məsələləri əhatə etməlidir. 

Prototip sisteminin işlənməsi ETS-in ümumiləşdirilmiş versiyasıdır. Prototip sistem 

ekspertin verdiyi faktların, mühakimə strategiyalarının, obyekt və proseslər arasında əlaqələrin 

düzgünlüyünü və kodlaşdırmanı yoxlamaq üçün xüsusi layihədir. Prototip layihə onlarca 

qaydalardan, freym və nümunələrdən ibarətdir.  

Dördüncü mərhələdə ETS işlənildikdən sonra səmərəlilik baxımından qiymətləndirilir; 

ekspertlər işə cəlb edilir və sistem sınaq nümunələrində yoxlanılır, ilk növbədə proqramın 

dəqiq işlənməsi, faydalılığı, məhsuldarlığı qiymətləndirilir. 

Beşinci mərhələdə ETS-in mühitində işlədiyi digər proqram vasitələrilə əlaqələndirilməsi, 

həmçinin onun xidmətindən istifadə edəcək şəxslərin öyrədilməsi məsələləri həll edilir. 

ETS-in yaradılmasının sonuncu mərhələsi sistemin dəstəklənməsidir. 




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin