baxımından semantik şəbəkəyə qrafik kimi baxılsa onun zirvəsi anlayışları, yan tilləri isə həmin
anlayışlar arasındakı münasibətləri ifadə edir. Adətən, anlayışlar mücərrəd və ya konkret obyektləri
mənalandırır, münasibətlər isə müxtəlif olur. Məs, “bu” “hissəsidir”, “məxsusdur” və s.
Nümunə üçün aşağıdakı anlayışlar üzrə semantik şəbəkə quraq: səxs, Əlizadə, voleybol
Freym modelləri.
Freym (ing. – frame-karkas, çərçivə) bilik strukturu kimi məkan mənzərələrini qavramaq üçün
vasitədir. Semantik şəbəkə kimi onun da dərin psixoloji əsasları mövcuddur. Freym dedikdə
mücərrəd obraz, yaxud situasiya başa düşülür. Məs. texnikum dedikdə tələbə, müəllimlər, şöbələr,
bina, texniki və kommunikasiya qurğuları, kitabxana və s.. Bu təsvirdən heç nəyi çıxarmaq olmaz.
Məs. “tələbə” olmadıqda, bu artıq texnikum deyil. Eləcə də, “kitabxana” dedikdə fond, kataloqlar,
bina, texniki və kommunikasiya qurğuları, kitabxana işçiləri, oxucular və s başa düşülür. Bu
təsvirdə “kataloqlar” olmadıqda bu artıq kitabxana deyil, kitab anbarıdır. Lakin hər iki misalda
pəncərə, tavan, döşəmə və s. atributlar da çoxdur. Freym nəzəriyyəsində belə tamelementli
obrazlar freymlər adlanır. Freym həm də obrazı əks etdirən formallaşdırılmış modeldir.
Freym modelləri dünyəvi bilikləri əhatə etmək baxımından kifayət qədər universallığa
malikdir. Bunun üçün freym şəbəkələrində biliklərin təqdimatının xüsusi dilləri işlənmişdir. Hazırda
FRL (Frame Represeation Language), ANALYST, MODIS adlı dillər geniş istifadə edilir.
Dostları ilə paylaş: