Ekspertl təlim sistemlərinin təsnifatı.
Hər bir təsnifat elementlərinin təyinatı və xüsusiyyətləri vardır. Məs., təlim sistemi
kompüter vasitəsilə hər hansı predmeti (fənni) öyrənərkən səhvləri düzəldir və düzgün cavabı
göstərir; öyrənənin fənn sahəsində zəif cəhətlərini təhlil edərək, onların aradan qaldırılması üçün
vasitələr hazırlayır; mənimsəmə dərəcəsindən asılı olaraq biliyin verilmə miqdarını, həcmini və
mürəkkəblik dərəcəsini təyin edir. Bu tip sistemlərə LİSP proqramlaşdırma dilinin öyrənilməsinə
dair “Учитель Лисп” Paskalın təlimi üzrə PROUST sistemini misal göstərmək olar.
İnterrasiya səviyyəsinə görə hibrid (inteqral) sistemlər diqqəti cəlb edir. Onlar standart
tətbiqi proqram zərflərini (məs., riyazi statistika, xətti proqramlaşdırma və ya məlumat bazalarının
idarəetmə sistemləri) aqreqatlaşdırır (uyğunlaşdırır) və biliklərin manipulyasiyası üçün vasitə olan
proqram komplekslərindən ibarətdir. Hibrid sistemlər tətbiqi proqram zərfləri üçün intellektual
Üstlük (Надстройка), yaxud ekspert bilikləri ilə bağlı olan mürəkkəb məsələlərin həllində vasitə ola
bilər. Lakin avtonom ES-lərə nisbətən, hibrid sistemlərin işlənməsi xeyli mürəkkəbdir. Çünki
müxtəlif metodologiyası olan proqram zərflərini əlaqələndirmək bir sıra nəzəri və tətbiqi
problemlər yaradır.
ES-lərin işlənməsinin instrumental vasitələri də yaradılmışdır. Onları 4 qrupa bölmək olar:
Ənənəvi proqramlaşdırma dilləri (C, C+, Basic, Small Talk, Fortran və s.). Onıar əsasən ədədi
alqoritmlər üçün hesablanmışdır, simvol və məntiqi məlumatlarla işləmək imkanı az olduğuna görə
proqramçıdan çox işləmək tələb edir. Lakin bu dillər ənənəvi maşın arxitekturasına yaxşı
uyğunlaşdırılmışdır.
1) Süni intellekt dilləri - ən geniş yayılanları Lisp və Proloqdur. Onların universallığı ənənəvi
proqramlaşdırma dillərindən aşağı səviyyədədir, lakin simvol və məntiqi məlumatlarla
işləmək üçün geniş imkanları vardır. Süni intellekt dilləri əsasında xüsusi kompüterlər
yaradılır (məs., Lisp - maşın). Bu dillər Ekspertl təlim sistemlərinin işlənməsində tətbiq
edilmir.
Ekspert Təlim Sistemləri
Funksiyalarına
görə
Elektron maşın
tiplərinə görə
İnteqrasiya
səviyyəsinə görə
Real vaxtla
əlaqəsinə görə
-
məlumatın
interpretasiyası;
- diaqnostika;
- monitorinq;
-
layihələndirmə;
- statistik;
-kvazidinamik;
- dinamik
- super EHM-
lərdə;
-
orta məhsuldar
EHM-
lərdə;
- simvol
prosessorlarında;
- avtonom;
- hibrid;
(inteqral)
2) Xüsusi proqram instrumentariləri - süni intellekt dillərinə nisbətən daha yüksək səviyyədə
ES-lərin işlənməsini təmin edir. Onlar əsasən Lisp dilinin proqramxanası və üstlüyüdür. KEE
(Knowledge Engineering Enviroument)? FRL (Frame Representation Language), ARTS və s.
bunlara misal ola bilər.
3) Örtüklər (Оболочки, shells) – örtük dedikdə bilik bazası olmayan ES – in hazır versiyası
nəzərdə tutulur. Məs., EMYSYN (Entry MYSİN, Пустой MYSİN) real massivlə yüklənməmiş
ES – dir. Örtüklər ES – lərin yaradılmasında proqramlaşdırma proseslərini aradan qaldırır.
Belə halda yalnız real məlumatlarla bilik bazasını doldurmaq üçün predmet sahəsində
işləyən mütəxəssis (ekspert) tələb olunur. Kitabxana – informasiya xarakterli bilik bazaları
üçün örtükləri istifadə etmək çətindir. Çünki bir sıra prosesləri modelləşdirmək çox
mürəkkəbdir (məs., referatlaşdırma, biblioqrafik və analitik icmal tərtibi və s.).
Dostları ilə paylaş: |