Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə62/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   58   59   60   61   62   63   64   65   ...   96
muh tehsilde ve elmde IKT

 

II hissə. 

İNTELLEKTUAL VƏ EKSPERT TƏLİM SİSTEMLƏRİ 

Kompüterin iş prinsipini öyrənərkən onların sadəcə yaddaşlna yazılmış əmrləri yerinə 

yetirdiyi söylənmişdi, yəni kompüter alqoritm əsasında işləyir, onun düşünmə, fikirləşmə 

qabiliyyəti yoxdur. Kompüterə bu qabiliyyəti aşılamaq olarmı? 

İntellektual, yəni şüurlu maşınların yaradılması sahəsində uğurlu araşdırmalar aparılır. 

Kompüterin şüurunu, intellektini insan şüurundan fərqləndirmək üçün onu süni intellekt 

adlandırmaq qəbul olunmuşdur. Süni intellekt insanın intellektual fəaliyyətinə nüfuzu ilə 

səciyyələnən V nəsil kompüterlərin yaradılması ilə inkişaf etdi. Bu nəsil kompüterlər təbii dili başa 

düşməlı, hər hansı gözlənilməz və qeyri-müəyyən vəziyyət üçün qərar çıxara bilməli, yaddaşına 

əvvəlcədən yazılmış biliklərlə kifayətlənməyərək yeni biliklər qazanmalı, öyrənmə, qavrama 

qabiliyyəti olmalıdır.  

Öhdəsinə düşən funksiyaları yerinə yetirmək üçün kompüter saniyədə trilyon əməliyyat 

aparmalıdır. Bu sürəti isə paralel işləyən çoxprosessorlu, çoxmaşınlı sislemlərin köməyi ilə əldə 

etmək olar. Məs, Connection Machin adlı 65536 prosessordan ibarət kompüter saniyədə 7 milyard 

əməliyyat yerinə yetirə bilir. 

Ətraf mühit haqqında biliklərin 90%-i gözlər vasitəsilə alınır. Kompüterdə təsviri yaddaşa 

daxil edən qurğu – skanerin tanima, qavrama qabiliyyəti yoxdur. Bu problem də hələ tam həllini 

tapmayıb. 

İntellektual sistemlərdə informasiya emalının kompüterdə də insan beynində olduğu kimi 

həyata keçirilməsi məsələsi öyrənilir. Beyin fəaliyyətini tənzimləyən sinir hüceyrələrinin – 

neyronların funksiyalarıni kompüterdə modelləşdirən nəzəriyyə (neyron şəbəkələri nəzəriyyəsi) 

əsasında kompüterlərə öyrənmə qabiliyyəti verən alqoritmlər yaradılır. Neyronların bir sıra 

funksiyalarını yerinə yetirən inteqral sxemlər yaradılmışdır. Nəzəri hesablamalara görə optik 

elementlər əsasında yaradılan kompüterlər saniyədə qüz trilyonlarla əməliyyat yerinə yetirə bilər. 

Məlumatın işıq şüalarından istifadə etməklə yüksək sürətlə və etibarlı ötürülməsi və emalı son illər 

geniş yayılmışdır. Molekulyar biologiyaya əasalanan biokompüterlərin  elementləri molekullardır.  





Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin