Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi


Deməli, intellektual təlim sistemləri



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə63/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   59   60   61   62   63   64   65   66   ...   96
muh tehsilde ve elmde IKT

Deməli, intellektual təlim sistemləri  

1. müəyyən məqsədə yönəldilmiş olmalıdır. Məqsədin verildiyi və ya sistem tərəfindən 

formalaşdırılmasının fərqi yoxdur. 

2. əhatə olunmuş aləmin dəyişməsinə reaksiya verməli, yəni kriteriyanın dəyişməsilə 

məsələni həll etməlidir. 

3. bilik hüdudlarıni daim genişləndirməlidir, öyrənmək və özünü öyrətməklə aləmin 

modelini təkmilləşdirməlidir; 

4. məntiqi nəticələri istifadə etməklə şəraiti tanımaq və qərar qəbul etmək, həmkarları ilə 

ümumi dil tapmaq, lazım gələrsə gördüyü işi izah etməyi, proqnozlaşdırmağı və onu öz fəaliyyəti ilə 

əlaqələndirməyi bacarmalıdır və s. 

Beləliklə, intellektual təlim sistemləri – müəyyən məqsədə yönəldilmiş, fəaliyyətini 

vəziyyət və proqnoza əsasən planlaşdıran, aləmin modeli əsasında həssas orqanlardan və insanla 

intellektual əlaqədən və ya “özü kimi ağıllı sistemdən” aldığı cari informasiya və özünüöyrənmə 

yolu ilə aldığı biliyi və “genetik” biliyi istifadə etməklə məqsədyönlü qərar qəbul etmək 

qabiliyyətinə malik sistemdir. 

Sistem adətən  

1.  öyrənən və ya özünüöyrədən blok, 

2.  proqnoz blok, 

3.  xarici aləmlə əlaqə bloku, 

4.  məqsədi formalaşdıran blokdan təşkil olunur. 

Blokların bir-biri ilə əlaqəsini yaratmaq və intellektual təlim sistemləriin ağıllı fəaliyyətini 

təmin etmək üçün strukturda “intellektual təşkilatçı” blokunun olması vacibdir. 

Süni intellekt sistemləri əsasən Hard computing texnologiyasl əsasında qurulmuşdur. Bu 

kompüterlərin inkişafı əsasən onların funksional imkanlarından, texniki xarakteristikalarından və 

mikroprosessorların qurulma arxitekturasından asılıdır. Dünyanın ən böyük mikroprosessor 

istehsalçısı INTEL firmasının buraxdığı superskalyar arxitekturaya malik, tərkibdə qurulmuş 

soprosessorlar olan, ayrı-ayrı konveyerlərə malik, yüksəksürətli informasiyanı periferiya 

qurğularına ötürmək üçün lokal şinə malikdir və çoxprosessorlu serverlərdə istifadə olunaraq 

informasiya emalı sürəti qbayt/s ilə ölçülür. Bunlar sərt proqram bazasında qurulduğundan onların 

intellektual təlim sistemlərilərdə istifadəsi bəzən sistemlərin funksional imkanlarını 

məhdudlaşdırır. 

Maşın intellektinin səviyyəsini artırmaq üçün Soft Computing strukturu daha 

perspektivlidir. Soft Computing-in əsas komponentləri qeyri-səlis məntiq, neyron şəbəkələr 

nəzəriyyəsi və ehtimal mühakiməsidir. Ehtimal mühakiməsi öz növbəsində “qenetik” alqoritmlər, 

xaos və öyrənmə nəzəriyyəsini birləşdirir. Qeyri-səlis məntiq – Fizzy Logic (FL) soft kompüterinin 

aparıcısı  və təşkiledicisidir. Bu məntiq hesablamanın deyilişi və interpretasiyasını (şərh) təmin 

edərək sənaye sahələrində, diaqnostikada, qərarların qəbul olunmasında, mürəkkəb sistemlərdə, 

informasiyanın çatışmadığı şəraitdə istifadə olunur. Süni neyron şəbəkəsi paralel hesablama 

modellərini əvəz edir. Qeyri-səlis məntiq və qeyri-səlis çoxluq nəzəriyyəsi – riyaziyyatın bir bölməsi 

olub klassik məntiq və çoxluq anlayışlarını ümumiləşdirir. Qeyri-səlis məntiq anlayışı 1965-ci ildə 

Lütfizadə tərəfindən irəli sürülmüşdür. 

Bu gün dünya elminə L.Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və 

istehsalatda geniş şəkildə tətbiq olunur. L.Zadəyə dünya şöhrəti qazandıran, onun dünya elmində 



inqilab hesab olunan qeyri-səlis məntiq (ingiliscə:Fuzzy Logic, rusca:Нечеткая Логика, 

türkcə:Bulanık Mantık) nəzəriyyəsidir. Aparıcı dünya şirkətlərinə inanılmaz məbləğdə gəlir gətirən 

bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti 

tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində Yapon alimlərinin diqqətini cəlb edib və 

yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəliblər. L.Zadə nəzəriyyəsinin tətbiqi 

gündoğan ölkəyə milyardlar qazandırıb. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", 

"Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq 

texnologiyasından foto ve videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri 

istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə 

edirlər. L.Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə 

Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - "Honda" mükafatı ilə təltif olunub.  

Amerikalılar da gec də olsa, L.Zadə nəzəriyyəsinin qiymətini anlamağa, ondan yararlanmağa 

başlayıblar. Bu gün bu nəzəriyyə Amerikanın "General Motors", "General Electric", "Motorola", 

"Dupont", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. 

L.Zadə eyni zamanda "Təəssüratlar nəzəriyyəsi", "Sistemlər nəzəriyyəsi", "Sözlə işləyən 

kompüter nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi" kimi dünya elminin inkişafında, onun yeni 

əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir. 

Qeyd edək ki, L.Zadənin nəzəriyyələrinin meydana gəlməsində onun Qurani Kərimi 

dərindən bilməsinin də mühüm rol oynadığını düşünənlər var. 

L.Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və 

kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş bir elmi nəzəriyyədir. L.Zadənin 

məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri 

müasir idarəetmə elminin əsasını təşkil edir. Amerika Birləşmiş Ştatlarının Milli Kosmik Tədqiqatlar 

Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və 

tətbiq edir. 

L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın 

əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün 

daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə 

almağa imkan yaratdı. L.Zadənin Soft Computing nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron 

şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçıxarma paradiqmlərinin 

intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiyaların əsasını təşkil edir. 

L.Zadənin sözlə işləyən kompüterlər nəzəriyyəsi əsasında işləyən kompüterlərdə informasiyanın 

qranulyasiyası kimi sözlər, cümlələr istifadə olunur. Bu tip kompüterlər təxmini məntiqi nəticə 

çıxarma qabiliyyətinə malik olan və təəssürat əsasında informasiyanı işləyə bilən insan beyninə ən 

adekvat texniki modelidir.  

L.Zadənin təəssürat nəzəriyyəsi dəqiq ölçmə aparmadan ətraf aləm haqqında tez və dolğun 

informasiya almaq üsullarını verir. Bu nəzəriyyənin məqsədi insanda mövcud olan oxşar süni 

təəsürat sistemini yaratmağın prinsip və üsullarını verməkdir. Ümumiyyətlə Lütfi Zadənin qeyri-

səlis məntiqini obrazlı şəkildə belə izah etmək olar: Aristotel məntiqi ilə mühakimə yürüdən beyin 

dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, Zadə məntiqi isə dünyanı bütün çalarları ilə 

qavramağa imkan verir. Çünki Aristotel məntiqi ikili (binar) məntiqdir, Zadə məntiqi çoxmənalı 

(kəsilməz qiymətli) məntiqdir. Aristotelə görə, bir müddəa ya doğru, ya da yalan ola bilər. Zadəyə 

görə, hər bir müddəanın doğruluq dərəcəsi doğru və ya yalan arasında (və ya sıfırla bir arasında) 

kəsilməz qiymətlər alır. Zadə məntiqində real həyatı daha dürüst inikas etmək qabiliyyəti var, bu 

məntiqdə tolerantlıq daha çoxdur. Aristotel məntiqinə görə, bir adam ya dostdur, ya düşmən (kim 

bizimlə deyilsə o, bizim düşmənimizdir, yadıma demokratik olmayan cəmiyyətdə siyasi 




plyüralizmin olmaması düşür), Zadə məntiqinə görə, dostla düşmən münasibətləri arasında sonsuz 

sayda münasibət dərəcəsi var (məsələn, neytral, çox yaxın dost və s.). Professor Albert Eynşteyn 

fizikada inqilab etdi, klassik mexanika ilə kvant mexanikasının sərhəddini göstərdi. Lütfi Zadə 

alternativ riyaziyyat (qeyri-səlis riyaziyyat) yaratdı. Elmin dili, qeyri-müəyyənlik ölçüsü 

dəyişdiyindən qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis riyaziyyat və başqa qeyri-səlis elmlər 

yarandı. Əvvəlki yazılarımın birində demişdim ki, Zadənin qeyri-səlis məntiqi yayılma sürətinə və 

əhatə dairəsinə görə bu gün bir çox alimlərə elmdən çox dini xatırladır. Bu gün qeyri-səlis məntiq 

sahəsində 50-dən çox elmi jurnal nəşr olunur, hər il 100-dən çox beynəlxalq konfrans və 

simpoziumlar keçirilir (ikinci belə elm sahəsi tanımıram). Zadə bizim üçün dahidir. Düz 20 il 

Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 

1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanmışdır. Beləliklə, bu nəzəriyyə 

riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir 

dövr açmışdır. Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz etmişdir. 

Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda öz 

tətbiqini tapmışdır. Getdikcə həmin nəzəriyyənin əməli, gücü onun mücərrəd mahiyyətini 

üstələmişdir. 

  

Görkəmli alimin qeyri-səlis məntiq nəzəriyyəsi Amerika Birləşmiş Ştatlarında kosmik 



proqramların həyata keçirilməsində mühüm rol oynayır. Yaponiyada qeyri-səlis məntiqə əsaslanan 

fotovideo cihazlar buraxılır. Danimarkada qeyri-səlis məntiq əsasında işləyən sement sobaları 

istehsal edilir. Avropada çoxlu sistem və qurğular, xüsusi "ağıllı" ekspert sistemlər hazırlanır. 

Hazırda Yaponiyanın "Umtachi", "Mitsubishi", "Toshiba", "Sony", "Orison", "Canon", "Riqo", 

"Sanyu" kimi tanınmış şirkətləri professor Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsindən istifadə 

edib böyük iqtisadi gəlir götürürlər; məsələn: Yaponiyada "Panasonic" və "Kvassar" adı altında 

mallar istehsal edən "Mitçusita" şirkəti qeyri-səlis texnologiyanın tətbiqindən sonra milyard 

dollarla gəlir götürmüşdür. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, 

siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur. 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin