Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə64/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   60   61   62   63   64   65   66   67   ...   96
muh tehsilde ve elmde IKT

 

Bilik anlayışı. 

Bilik kəlməsi proqramlaşdırmada məlum olan verilənlə bağlıdır. 

Biliklər məlumatlara əsaslanır, lakin insanın əqli fəaliyyət nəticəlini ümumiləşdirir, müəyyən 

əlamətlər üzrə sintezləşdirir, sistemləşdirir, təkrarlamanı aradan qaldırır. 

Məlumatlar – predmet sahəsində obyektləri, prosesləri, hadisələri, həmçinin onların əlaqə 

və xassələrini əks etdirən ayrı-ayrı informasiya elementləridir.  

Məlumatlar kompüterdə emal edilərkən şərti olaraq aşağıdakı mərhələləri keçərək 

transformasiya olunur: ölçü və müşahidə nəticələri; elektron informasiya daşıyıcılarında diaqram, 

qrafik, funksiya və mətnlər; cədvəllər və soraqçalar; kompüterdə  

təsvir dili; məlumat bazaları və s. 

Biliklər– müəyyən predmet sahəsində məsələlərin həllini təmin edən faktlar, prinsiplər, 

metodlar, qanunlardır və s. 

Biliklər məlumatlar kimi kompüterdə mərhələlərlə transformasiya olunur: insan təfəkkürü 

kimi sistemləşdirilmiş formada; maddi daşıyıcılar (dərslik, metodiki vəsait, elmi və istehsalat 

xarakterli əsərlər) formasında; biliklərin təqdimedilmə dilində (semantik şəbəkələr, freymlər və s.); 

bilik bazaları. 




Biliklər – optimal strukturlaşdırılmış, sistemləşdirilmiş məlumatlardır (metaməlumat), 

verilənlər barədə verilənlərdir. 

Məlumat bazaları məlumatları mühafizə etmək üçün yaradılır. Burada informasiyanın 

böyük həcmi və nisbətən az dəyəri xarakterikdir. Biliklər isə bilik bazalarında mühafizə olunur. 

Burada isə informasiya kütləsi az və mənəvi dəyərlidir. Bilik bazası istənilən tip intellektual təlim 

sistemləriin əsasıdır.  

 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin