Ekspertl təlim sistemlərinin işlənməsinin texnologiyaları.
Bütün təhsil ssistemi üçün ayrı-ayrı ETS-lərin işlənməsinin nümunəvi texnologiyası demək
olar ki, eynidir. Hazırda mütəxəssislər ETS-lərin işlənməsini altı ardıcıl məntiqi mərhələyə
bölürlər:
1) Təhsil sahəsində məsələlərin müəyyən edilməsi;
2) prototip sisteminin işlənməsi;
3) ES-in işlənməsinin istismar səviyyəsinə çatdırılması;
4) ekspert təlim sisteminin qiymətləndirilməsi;
5) sistemin əlaqələndirilməsi;
6) sistemin dəstəklənməsi.
Problem sahəsinin və məsələlərin müəyyən edilməsi – ETS-in bütün mərhələləri üçün
vacibdir. ETS-in rəhbəri, yəni bilik mühəndisi problemi müəyyən etməlidir. Əlverişsiz problem
seçildiyi halda vaxt və vəsait itkisinə səbəb ola bilər. Problemin həlli üçün vacib olan biliklər də
sabit, dəqiq və nisbətən daimi xarakter daşımalı və bütün əlaqədar məsələləri əhatə etməlidir.
Prototip sisteminin işlənməsi ETS-in ümumiləşdirilmiş versiyasıdır. Prototip sistem
ekspertin verdiyi faktların, mühakimə strategiyalarının, obyekt və proseslər arasında əlaqələrin
düzgünlüyünü və kodlaşdırmanı yoxlamaq üçün xüsusi layihədir. Prototip layihə onlarca
qaydalardan, freym və nümunələrdən ibarətdir.
Dördüncü mərhələdə ETS işlənildikdən sonra səmərəlilik baxımından qiymətləndirilir;
ekspertlər işə cəlb edilir və sistem sınaq nümunələrində yoxlanılır, ilk növbədə proqramın
dəqiq işlənməsi, faydalılığı, məhsuldarlığı qiymətləndirilir.
Beşinci mərhələdə ETS-in mühitində işlədiyi digər proqram vasitələrilə əlaqələndirilməsi,
həmçinin onun xidmətindən istifadə edəcək şəxslərin öyrədilməsi məsələləri həll edilir.
ETS-in yaradılmasının sonuncu mərhələsi sistemin dəstəklənməsidir.
Dostları ilə paylaş: |