Ekspert sistemlərinin bilik bazalarını yaratmaq üçün biliyin metodoloji baxımdan seçilməsi
Şəkildə adları çəkilən metodlardan biri, yaxud bir neçəsi konkret məsələdən və şəraitdən
asılı olaraq tətbiq edilə bilər. Təsnifat bölgüsünün əsasında bilik mənbələrinin müxtəlifliyi durur.
Kommunikativ metodlar canlı bilik mənbəyini, yəni ekspertlə əlaqənin bütün növlərini əhatə edir,
tekstoloji metodlar isə biliyin müxtəlif sənədlərdən seçılməsində istifadə olunur. Bu bölgü nusbi
xarakter daşıyır. Bilik mühəndisi çox zaman müxtəlif metodları iş prosesesində əlaqələndirməli
olur. Məs. o, əvvəlcə ədəbiyyatı öyrənir, sonra ekspertlə işləyir, əksi də mümkündür.
Kommunikativ metodlar da passiv – qeyri-fəal və fəal metodlara bölünmüşdür. Passivlik
onu ifadə edir ki, həmin metodlar əsasında biliyin aşkarlanmasında aparıcı rol bilik mühəndisinə
deyil, ekspertə məxsusdur. Ekspertin müşahidələrinin nəticələri və mühazirələri buna misal ola
bilər. Fəal metodlarda isə bu proses əksinədir, yəni bilik mühəndisi əsas rol oynayır. Qrup
metodları bir neçə mütəxəssis-ekspertin biliklərinin kollektiv şəkildə aşkarlanmasında istifadə
edilir. Lakin müasir ETS-lərdə fərdi metodların tətbiqi daha geniş yayılmışdır.
Passiv metoda aid olan müşahidə zamanı bilik mühəndisi ekspertin icra etdiyi işi izahını,
hərəkətlərini, qeydlərini və s. işə müdaxilə etmədən yazır, və ya videolentə köçürür. Müşahidənin
nəticələri ekspertlə müzakirə edilməlidir.
Söhbətin protokollaşdırılması metodunda ekspert yalnız özünün müəyyən iş fəaliyyətini
deyil, həm də onun bütün mərhələlərini izah edir. Bütün izahlar, mühakimələr, hətta söhbət
zamanı edilən qısa fasilələr də protokollaşdırılır.
Mühazirələr – biliyin verilməsinin ənənəvi üsuludur. Mühazirənin yalnız hazırlanması və
oxunması deyil, dinlənilməsi, konspektləşdirilməsi və öyrənilməsi də əsas cəhətdir.
Fəal metodlar içərisində hazırda ETS-lər üçün əksər hallarda fərdi metodlardan istifadə
edilir. Anketləşdirmə, müsahibə, dialoq və ekspert oyunlarının senarisi və təşkili bilik mühəndisi
tərəfindən aparılır. Burada ekspert oyunları metodu digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir.
Dostları ilə paylaş: