Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi


Birinci mərhələ - Biliklərin və faktların toplanması mərhələsi



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə79/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   75   76   77   78   79   80   81   82   ...   96
muh tehsilde ve elmde IKT

Birinci mərhələ - Biliklərin və faktların toplanması mərhələsi: 

- problemin və tədqiqat mövzusunun seçilməsi

- məsələnin aktuallığının və tədqiq olunma vəziyyətinin əsaslandırılması; 

- məsələnin nəzəriyyəsi və tarixi ilə tanışlıq və tədqiqat mövzusu və ona yaxın sahələr üzrə elmi 

nailiyyətlərin öyrənilməsi; 

- elmi müəssisələrdə aparılan praktik işlərdən alınan nəticələrin öyrənilməsi və analizi

- Tədqiqat obyektinin, predmetin müəyyənləşdirilməsi, məqsəd və qarşıya qoyulan məsələnin 

aydınlaşdırılması. 

Birinci mərhələdə göstərilənlərin həyata keçirilməsi üçün külli miqdarda maliyyə vəsaitləri və 

vaxt  sərf  etmək  lazım  gəlir.  Ona  görə  də  belə  vacib  əməliyyatların  aparılması  məqsədilə  İKT-dən 

istifadə imkanlarının bəziləri ilə tanış olaq: 

1.  Ədəbiyyatların aparılması

a)  Ali  məktəblərdə  və  elmi  müəssisələrdə  yaradılmış  Elektron  kitabxanalar  və  Elektron 

kataloqların imkanlarından istifadə etməklə tapılmış ədəbiyyatların şəbəkə texnologiyaları vasitəsilə 

əldə olunması; 

b) Internet Explorer, Mozilla Firefox, Google Chrome və s brauzerləri və axtarış sistemlərinin 

köməyindən istifadə etməklə lazım olan materialların əldə olunması 

(Yandex.ru, Rambler.ru, Mail.ru,  Google.ru, Search.com,Yahoo.com  və s.). 

Bu gün İnternet üzərində dünyanın bütün aparıcı elmi qəzet və jurnallarının materiallarını çox 

asanlıqla əldə etmək etmək mümkündür.  Bu resurslar özündə təhsil, elmi referat və dissertasiya 

materialları, diplom və kurs işləri, elektron ensiklopediya və izahlı lüğətlər, virtual dərsliklər və dərs 

vəsaitləri  saxlayır və  müəyyən yüngül  prosedurları icra  etməklə  onların  təqdim  olunmasını  təmin 

edir. İnformasiya texnologiyalarını tətbiq etməklə elmi tədqiqatçı dünyanın istənilən ölkəsində və 

elmi  müəssisələrdə  gedən elmi  proseslərdən,  elmi konfrans,  seminar,  simpoziumlar  və s.  bu kimi 




elmi tədbirlərdən xəbər tuta, belə tədbirlərə məsafədən qatılmaq imkanı əldə edə və uyğun sahə 

sahə üzrə aparıcı alimlərlə birbaşa, maneəsiz əlaqələr qura bilər.  




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin