Beşinci mərhələ - Tədqiqatın nəticələrinin tətbiqi və yayılması mərhələsi:
• kafedralarda, şuralarda, seminarlarda, elmi-praktik konfranslarda və s. çıxışlar;
• kütləvi informasiya vasitələrində nəşr olunma;
İnternetdə yayımlama.
Kafedralarda, şuralarda, seminarlarda, elmi-praktik konfranslarda və s çıxışlar edərkən qrafik
və mətn informasiyalarından ibarət prezentasiyalar yaratmaq olar. Bu zaman eyni məqsədlə çox
geniş yayılmış Microsoft Power Point tətbiqi proqramından geniş istifadə etmək olar. Materialların
nümayişi zamanı kompyuterə qoşulmuş multiproyektordan geniş istifadə edilir. Microsoft
Publisher proqramı vasitəsilə isə, materialın tədbir iştirakçıları üçün şəkilli broşüralar, bukletlər və s.
buraxmaq olar.
Bunlardan əlavə bu gün biliklərin, tədqiqatların nəticələrin global internet şəbəkəsi vasitəsilə
də yayımlanması mümkündür. Bu məqsədlə çox gözəl imkanlara malik və geniş istifadəçi kütləsi
üçün nəzərdə tutulmuş Front Page, Flash MX, Dream Weaver kimi proqramlar geniş yayılmışlar. Bu
proqramlar veb səhifələrin hazırlanması üçün çox rahat vasitələrdir. Nəticələrin internet vasitəsi ilə
yayımlanması elmi ictimaiyyətlə çevik əlaqələrin qurulmasına və mükəmməl informasiya
mübadiləsinin təşkili üçün geniş imkanlar açır.
İnformasiya texnologiyalarından istifadə etməklə, tədqiqatın nəticələrini əks etdirən
videoroliklər, multfilmlər, öyrədici kompyuter proqramları, interaktiv səyahətlər və digər layihələri
reallaşdırmaq çox asandır.
Beləliklə, demək lazımdır ki, bu gün heç bir elmi müəssisə və ya elmi tədqiqat işi informasiya
texnologiyalarının tətbiqi olmadan gözlənilən effekti verə bilməz. Müşahidələr göstərir ki, gələcək
elm sahələrinin inkişafı, aparılan işlər İKT vasitələrinin iştirakı olmadan mümkün olmayacaq. Yəqin
ki, çox qısa zamanda kompyuter uzun illərdən bəri həllini gözləyən riyazi məsələlərin həlli üçün
əvəvzolunmaz vasitəyə çevriləcək, atom fizikası, kimya dərslərində və s. həyata keçirilməsi mümkün
olmayan laborator məşqələlərin aparılmasında mühüm rol oynayacaqdır. Kompyuter artıq bu gün
çoxparametrli proseslərin gedişi ilə proqnozların verilməsində hipotezlərin irəli sürülməsində və
təkliflərin irəli sürülməsində çox aktiv inkişaf edir və s.
Dostları ilə paylaş: |