Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə41/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   37   38   39   40   41   42   43   44   ...   96
muh tehsilde ve elmde IKT

 

Distant  Təhsil  —  tədris  prоsesinin  elektrоn,  telekоmmunikasiya,  prоqram-teхniki  vasitələr 

əsasında təşkil оlunduğu təhsilalma fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni 

telekommunikasiya  və  kompyuter  şəbəkələri  vasitəsi  ilə  operativ,  müntəzəm  dialoq,  əks  əlaqə 

əsasında, uzaq məsafədən həyata keçirilən təhsil formasıdır. 

Distant  təhsilin  xarakterik  xüsusiyyətlərinə  həmçinin  çeviklik,  modulluluq,  iqtisadi  səmərəlilik, 

müəllimin  yeni  rolu,  təhsilin  keyfiyyətinə  xüsusi  nəzarət,  təlimin  xüsusiləşdirilmiş  vasitə  və 

texnologiyalarından istifadə və s. məsələlər aiddir. 

Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, 

televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video 

kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən, kompyuter, televizor, 

audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur. 

Təhsilin  Distant  forması  müəyyən  səbəblər  üzündən  təhsilini  artırmaq  imkanı  olmayan  və  yeni 

ixtisas  almaq  arzusunu  həyata  keçirə  bilməyən  potensial  şəxslərə  real  təhsil  imkanları  yaradır. 

Distant təhsil ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, 

yaradıcılığını optimal inkişaf etdirir. 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin