X. Fənn üzrə tələblər, tapşırıqlar: Fənnin öyrənilməsi nəticəsində tələbə bilməlidir:
- torpağın element və faza tərkibini, xassələrini tədqiq etmək;
- torpaqda baş verən prosesləri ion molekulyar və kolloid səviyyədə öyrənmək; öyrənmək;molekulyar və kolloid səv
- üzvi qalıqların torpaqda çevrilməsi proseslərini;
-torpaqda humus maddələr sisteminin yaranmasını;
-humusun iki qrupu: qeyri-spesifik üzvi birləşmələri (şəkər, amin turşuları, zülallar, üzvi əsaslar, aşı maddələr, üzvu turşular) və spesifik üzvi birləşmələrinə xüsusi diqqət yetirməlidirlər.
-torpağın turşuluğu, qələviliyi və buferliyini bilməlidir.
XI. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi: İmtahan sualları:
1.Torpaq kimyası – torpaqşünaslığın bir bölməsi kimi onun məqsədi, vəzifələri
və metodları.
2.Müasir torpaq kimyasının dörd başlıca istiqaməti: torpaq kütləsinin kimyası,
torpaq proseslərinin kimyası, torpaq münbitliyinin kimyası, analitik torpaq kimyası.
3.XVIII-XIX əsrlərdə torpaq kimyasının inkişafı.
4.XX əsrdə və XXI əsrin ilk onilliyində torpaq kimyasında aparılan tədqiqatlar.
5.Azərbaycanda torpaq kimyasının inkişafında H. Zərdabinin xidmətləri
6.Təbii-tarixi cisim kimi torpağın kimyəvi xüsusiyyətləri.
7.Kimyəvi xüsusiyyətlərinə görə torpaqda baş verən polikimyalaşma, heterogenlik və polidisperslilik prosesləri.
8.Torpağın element və faza tərkibi haqqında ümumi məlumat.
9.Torpağın bərk (mineral və üzvi hissə), maye (torpaq məhlulu), qazşəkilli (torpaq havası),
canlı (torpaq canlıları) fazaları, onların qarşılıqlı təsiri.
10.Ayrı-ayrı kimyəvi elementlərin və onların birləşmələrinin torpağın rənginin formalaşmasında əhəmiyyəti.
11.Torpağın piqment elementləri və ən çox yayılmış torpaq rəngləri ( S.A.Zaxarova görə torpaq rəngləri üçbucağı).
12.Torpağın rəngi onun əsas makromorfoloji əlaməti kimi aqronomik əhəmiyyəti.
13.Torpağın spektral əksetdirmə qabiliyyətinin üzvi maddələrin miqdarından asılılığı.
14.Dəmir, humus və başqa element birləşmələrinin torpağın əksetdirmə qabiliyyətinə təsiri.
15.Bitkilərin qidalanması üçün zəruri olan əsas kimyəvi elementlər.
16.Torpaqda bitkilər tərəfindən mənimsənilə bilən mineral azotlu birləşmələr.
17.Bitkilər tərəfindən suda həll olan fosforun mineral formalarının mənimsənilməsi.
18.Torpaqda bitkinin qidalanması üçün kükürd, kalsium, maqnezium, kalium, natrium və
dəmir mənbələri, onların torpaqda üzvi və qeyri-üzvi birləşmələri.
19.Müxtəlif mineralların tərkibində kalium və natrium birləşmələrin miqdarı.
20.Azərbaycanın müxtəlif torpaq tiplərində qələvi elementlərin ehtiyatı: bilavasitə, yaxın,
potensial ehtiyat elementləri və onların miqdarı.
21.Şoran torpaqların müxtəlif fraksiyalarında natrium və kaliumun miqdarı.
22.Pedosferdə və litosferdə qələvi-torpaq elementlərin (Ca, Sr, Ba, Ra) yayilması, birləşmələri və miqdarı.
23.Azərbaycanın müxtəlif torpaq tiplərində qələvi-torpaq elementlərin birləşmələri.
24.Torpaq məhlulunun tərkibi və konsentrasiyası. Torpaq məhlulunun osmotik təzyiqi.
25.Torpağın buferlik qabiliyyətinin potensialı.
26.Torpaq kolloidləri, onların tərkibi və xassələri
27.Torpağın uduculuq kompleksinin tərkibi və quruluşu.
28.Kationların fiziki-kimyəvi və ya mübadilə yolu ilə udulmasının əsas qanunauyğunluqları.
29.Torpaqda oksidləşmə-reduksiya prosesləri.
30. Alüminium birləşmələri və torpaq turşuluğu problemləri.
31.Torpağın turşuluğu və növləri.
32.Torpaq turşuluğunun bitkilərə təsiri.
33.Torpaq turşuluğunun nizamlanması
34.Silisiumun təbiətdə yayılmasi və əsas təbii birləşmələri.
35.IV-qrupun əsas yarımqrupda yerləşən karbonun təbiətdə sərbəst və birləşmələr şəklində yayılması.
36.Karbon oksidi. Karbon turşusu və karbonatlar. Sodanın mənşəyi haqqında hipotezlər.
37.Torpaqda qeyri-spesifik üzvi birləşmələr.
38.Humusun tərkibi və humus maddələri.
39.Humin turşuların tərkibi və xüsusiyyətləri.
40.Fulvoturşular tərkibi və xüsusiyyətləri
41.Humin maddəsi-tərkibi və xassələri.
42.Humufikasiya və humusəmələgəlmə.
43.Humus turşularının yaranması haqqında hipotezalar.
44.Humufikasiyanın kinetik nəzəriyyəsi.
45.Humus maddələrinin torpağın mineral komponentlərlə qarşılıqlı təsiri.
46.Humus maddələrinin kimyəvi maddələr və çirkləndiricilərlə qarşılıqlı əlaqəsi.
47.Torpaqda azotlu üzvi maddələrin parçalanmasının ümumi sxemi-ammonifikasiya.
48.Ammonyakın nitratlara qədər oksidləşməsi-nitrifikasiya.
49. Nitrat azotunun mikroorqanizmlər vasitəsilə sərbəst qazşəkilli azota
qədər (N2) reduksiyası-denitrifikasiya.
50.Torpaqda fosforunun miqdarı və birləşmələrinin formaları.
51.Torpaqda fosforun mineral və üzvi birləşmələri.
52. Torpaqlar tərəfindən fosfatların kimyəvi birləşdirilməsi.
53. Bitkilər tərəfindən mənimsənilə bilən torpaq fosfatları.
54.Torpaqda kaliumun miqdarı və formaları.
55.Torpaqlarda kükürd birləşmələri və dinamikası.
56.Bitkilərin qidalanması üçün kükürd mənbəyi- sulfatlar.
57.Neytral və zəif qələvi torpaqlarda dəmirin mütəhərrikliyi.
58.Turş torpaqlarda dəmir birləşmələrinin zəhərli təsirinin aradan qaldırılması.
59.Torpaqda mikroelementlərin miqdarı və birləşmələri.
60.Torpaqda olan təbii və süni radioaktiv elementlər.
Torpaq kimyası” fənninin sillabusu 050701-“Torpaqşünaslıq və aqrokimya” ixtisasının tədris planı və fənn proqramı əsasında tərtib edilmişdir.
Sillabus «Baytarlıq və aqrar fənlər» kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir (11 fevral 2022-ci il, protokol № 05 )