Zoosidlər-zərərli onurğalı heyvanları məhv edən zəhərlər;
Bakterisidlər, virusosidlər, funqisidlər- bitkilərdə virus və göbələk xəstəlikləri ilə mübarizə aparmaq üçün istifadə edilən maddələr;
Nematosidlər- bitkilərdə nematod xəstəliyinin törədicisi olan girdə qurdları məhv edən preparatlar;
Molyuskalar- zərərli ilbizləri məhv edən maddələr.
Son illərdə pestisidlərin tətbiqi kəskin surətdə artmışdır. Dünyada 180 pestisid növündən və bir neçə min preparat formasından istifadə edilir. Onların istifadəsində bir çox problemlərin olması, onların ksenobiotik (təbiət üçün yad kimyəvi birləşmə olması) olmalarından irəli gəlir. Zərərvericiləri pestisidlərlə məhv edərkən torpaq mikroorqanizmlərinin, o cümlədən torpaq soxulcanlarının sayını azaldır (məsələn, qara torpaqlarda soxulcanların miqdarı 10 və 100 dəfələrlə azalır). Ətraf mühitə düşən pestisid qida zənciri ilə hərəkət etdikcə onun konsentrasiyası arta bilər (100 min dəfəyə qədər).
Xlorüzvi pestisidlər. Bu qrupa aldirin (C12H8C6), heptaxlor, heksaxlor-benzol və DDT daxildir.
DDT (dixlordifeniltrixloretan-[Cl2](C6H4)2CHCCl3). DDT xlorüzvi pestisidləri və onun çevrilmələri (DDE və DDD) aromatik birləşmələr qrupuna daxildir (dioksinlər/ furanlar, QXB və PXB də bu qrupa aiddir). Sarımtıl boz rəngdə, yağvari, kristalliki maddə olub, zəif iyə malikdir. Suda həll olmur, ancaq bir çox üzvi həlledicilərdə yaxşı həll olur. Çoxillik müşahidə və tədqiqatlar göstərir ki, xlorüzvi pestisidlərdən olan DDT-nin yüksək qalıq miqdarı ən çox gilli torpaqlarda rast gəlinir. Bu torpaqlarda profil boyu dərinə getdikcə qalıq miqdarı azalır. Yüngül gillicəli və qumsal torpaqlarda isə bunun əksi müşahidə olunur (X.M.Qasımov-2003). DDT- ilk dəfə 1874-ci ildə sintezləşdirilib. 1930- ci ildə isə İsveç kimyagarı Paul Müller ondan insektisid kimi istifadə olunmasını kəşf etdi. DDT-dən bir çox ölkələrdə geniş istifadə olunmağa başlandı. Lakin, onun geniş spektrli təsiri və olduqca davamlılığı hazırda ondan istifadədən imtina olunmasına gətirib çıxardı. DDT-nin davamlılığı onun qida zəncirində toplanmasına səbəb oldu. Nəticədə quş, balıq və məməli orqanizmlərdə onun konsentrasiyası yüksəldi. Hesablamalar göstərir ki, atmosfer havasından torpağın səthinə DDT-nin çökməsi üçün 4 il lazımdır. Torpaqda isə o, 20 ilə qədər qala bilər. DDT-nin suda pis hıll olması, yüksək temperatura davamlılığı, yağlarda və lipidlərdə yaxşı həll olması ilə əlaqədardır.
Pestisidlərdən lazım olmadıqda istifadə etmək olmaz, istifadə üçün xüsusi mütəxəssislər hazırlanmalıdır. Çirklənmiş torpaqların rekultivasıyasını tam və ya qismən təmin edən bir sıra tədbirlər (kimyəvi, fizili-kimyəvi, bioloji meliorasiya və xüsusi aqrotexniki tədbirlər) görülməlidir. Humus maddələri torpağın bərk fazasının mineral komponentləri ilə qarşılıqlı təsirdə müəyyən dərəcədə onun sorbsion xassələrini formalaşdırır. Bununla əlaqədar torpağa xaricdən daxil olmuş istənilən birləşmə həm bərk fazanın, həm də torpaq məhlulunun üzvi maddəsi ilə qarşılıqlı təsirə girir.
Torpağın üzvi maddəsi mineral gübrələrin, kimyəvi meliorantların, pestisidlərin və torpaqdakı müxtəlif çirkləndirici maddələrin ayrı-ayrı kimponentlərinin çevrilməsində əhəmiyyətli rol oynayır. Aqrokimyəvi maddələr və çirkləndiricilərin torpaqla qarşlılıqlı təsirində üzvi maddələrin iştirakı özünü aşağıdakılarda göstəirir: -turş torpaqlarda mineral qida elementlərin çətin həllolan gübrələrdən ayrılmasına kömək edir, məsələn, fosforu fosfor unundan ayrılmasını və ya əhəngin həllini və ya bəzi pestisidlərin hidroloji parçalanmasını sürətləndirir və s.;
-sorbsiya olunmuş fosfatları, onları torpaq uducu kompleksdə əvəz etməklə torpaq məhluluna keçməsinə səbəb olur;
- mineral gübrələrin və kimyəvi meliorantların, pestisidlərin, radionuklidlərin, ağır metalların tərkibinə daxil olan katioların mübadiləli və mübadiləsiz udulmasında iştirak edir. Öz növbəsində sorbsiya olunmuş humus maddəsi aqrokimyəvi və toksik maddələrin torpağın mineral hissəsi ilə qarşılıqlı təsirinə mane olmaqla fosfat və bəzi kationların möhkəm bağlanmasının miqyasını aşağı salır;
- gübrələrin tərkibindəki fosfatların çökməsində iştirak edən kationlarla (Fe3+, Al3+, Ca2+ və s.) fəal qarşılıqlı təsir səbəbindən fosfatların çətin həll olan formaya keçməsini aşağı salır;
- bir sıra torpaqlarda tərkibində Fe və Al yanaşı fosfor da olan mürəkkəb çətin həllolan mineral-humus birləşmələrinin yaranması mümkünlüyü müəyyən olunmuşdur. Bu cür birləşmələr fəal miqrasiya qabiliyyətinə malikdirlər;
- ayrı-ayrı hallarda mineral gübrələrin kationları, məsələn, qələvi torpaqlarda kalium gübrələrindən və ya tərkibində ammonium (maye ammonyak, amonyaklı su) olan qələvi gübrələrdən istifadə zamanı torpaqda həllolan humatlar yarada bilir. Həll olan humus maddələri ağır metalların, həmçinin süni radionuklidlərin kationları ilə qarşılıqlı təsirdə də ola bilər. Bu reaksiyalar bəsit və kompleks-heteropolyar duzların yaranma və davranış qanunauyğunluğuna tabedir və toksik maddələrin miqrasiyasına, akkumulyasiyasına və bitkiyə daxil olmasına təsir göstərir.
Pestisidlərin torpaqda davranışını tənzimləməkdən ötrü bu maddələrin torpağın müxtəlif fəal komponentləri, ilk növbədə üzvi maddələri ilə qarşılıqlı təsirinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Lakin bu məsələ ilə bağlı məlumatlar kifayət qədər deyil və bəzən ziddiyyətlidir. Bir sıra tədqiqatlarda pestisidlərin deqradasiyası, miqrasiyası, bitkiyə daxil olmasında humusun çox mühüm təsiri göstərilir. Məlumdur ki, alaq otlarının məhv edilməsində zəruri olan herbisidlərin miqdarı torpağın humus maddəsi ilə qarşılıqlı təsirinin xarakterindən asılı olaraq 20 dəfə dəyişə bilər (F.Stivenson). Torpaq humusunun müxtəlif struktur və funksional qruplarının simazin, atrazin, 2,4-D və digər herbisidlərlə qarşılıqlı təsiri eksperiment yolu ilə sübuta yetirilmişdir. Məlumdur ki, gilli-humuslu komplekslər təmiz humus turşuları ilə müqayisədə pestisidləri daha yaxşı sorbsiya edir. Digər tərəfdən fulvoturşular bir sıra çətin həllolan pestisidlərin daşıyıcıları rolunda çıxış