Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 0,65 Mb.
səhifə157/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   153   154   155   156   157   158   159   160   161
t.kimya, 1,3

3. Torpağın radioaktivliyi
Torpağın radioaktivliyi tərkibindəki radioaktiv elementlərlə müəyyən olunur. Torpağın təbii və süni radioaktivliyi bir-birindən fərqləndirilir. Təbii radioaktivliyi təbii radioaktiv elementlər törədir. Bu elementlər az və çox miqdarda əksər torpaq və torpaqəmələgətirən süxurların tərkibində vardır. Təbii radioaktiv elementləri üç qrupa bölürlər.
Birinci qrupa bütün izotopları radioaktiv olan radioaktiv elementlər daxildir. Bu qrupa izotopları ardıcıl sutərdə çevrilən üç ailə aid edilir: uran sırası – radium – torium və aktinium. Onların parçalanmasının aralıq məhsulları həm bərk, həm də qazşəkilli izotoplar ola bilər. Bu qruplar içərisində ən əhəmiyyətlisi uran (238U, 235U ) torium (232Th), radium (226Ra) və radondur (222Rn, 220Rn).
İkinci qrupa radioaktivlik xassəsinə malik “adi” elementlərin izotopları daxildir. Onlara kalium (40K), rubidium (87Rb), kalsium (48Ca), sirkonium (96Zr) və s. aid edilir. Bu qrupda daha böyük təbii radioaktivliyi olan kalium daha çox əhəmiyyət kəsb edir.
Üçüncü qrupa atmosferdə kosmik şüaların təsiri altında əmələ gələn radioaktiv izotoplar aiddir: tritium (3 H), berrilium (7 Be, 10Be) və karbon (14C).
Bütün təbii radioaktiv elementlər əsasən uzun ömürlü izotoplardır. Onların parçalanma müddəti 108 – 1016 il arasında dəyişir. Onlar ά -, β – hissəciklər və γ- şüaları buraxırlar.
Təbii radioaktivlik uran, torium, radium və kalium izotopunun miqdarı ilə müəyyən olunur. Adətən onlar torpaq və süxurda səpələnmiş şəkildə olur. Təbii radioaktiv izotopların ümumi miqdarı əsasən torpaqəmələgətirən süxurlardan asılı olur. Turş süxurların aşınma məhsulları üzərində formalaşmış torpaqlarda radioaktiv izotopların miqdarı, əsas və ultrasəs süxurlar üzərində formalaşmış torpaqlarla müqayisədə çox olur. Həmçinin ağır torpaqlarda yüngül torpaqlarla müqayisədə radioaktiv izotopların miqdarı çoxdur. Təbii radioaktiv elementlər torpaqların profilində nisbətən bərabər şəkildə paylanmışdır. Lakin bəzi hallarda onlar illüvial və qleyli horizontlarda akkumulyasiya olunur. Təbii radioaktiv elementlər torpaqda möhkəm bağlı formalarda olur. Torpaq havasının tərkibindəki qaz şəkilli izotoplara radon (222Rn), toron (220Rn) və aktinon (219Rn) izotopları aid edlir.
Azərbaycan ərazisində təbii radioaktiv maddələr geniş yayılmışdır. Süni radioaktivlik atom partlayışlarından sonra, atom sənayesi tullantılarının və ya atom elektrik stansiyalarında baş verən qəzalarda yaranmış radioaktiv izotopların torpağa daxil olması nəticəsində yaranır. Atom partlayışlarında (hazırda beynəlxalq müqavilələr əsasında bu cür partlayışlara moratorium qoyulmuşdur) yaranmış radioaktiv maddələr hava axınları vasitəsilə uzaq məsafələrə aparılıb çökdürülməklə torpağın və su mənbələrinin süni radioaktiv maddələrlə çirklənməsinə səbəb olur.
Bioloji dövrana qoşulmaqla radioaktiv maddələr bitki və heyvan mənşəli qida vasitəsilə insan orqanizminə daxil olaraq, orada toplanır və şüa xəstəliyinin yaranmasına səbəb olur. Bu baxımdan insan orqanizmi üçün ən təhlükəli radioaktiv maddələr stronsium (90Sr) və seziumdur (137Cs). Məhz bu maddələr süni radioaktivliyi şərtləndirir və yarımparçalanmanın uzun dövrü ilə səciyyələnir (90Sr-28 il, 137Cs-33 il), şüalanmanın yüksək enerjisinə və bioloji dövrana fəal qoşulmaq qabiliyyətinə malik olur. Ona görə də bu izotopların udulması onların miqrasiyası və bitkilərə daxil olması ilə bağlı qanunauyğunluqların öyrənilməsi olduqca əhəmiyyətlidir.
Bu izotoplar torpağın bərk fazası tərəfindən asanlıqla udulduğundan onların əsas hissəsi (80-90%-i) torpağın üst qatında (5-9 sm) akkumulyasiya olunur. Qeyd etmək lazımdır ki, humusun yüksək miqdarının olduğu, lil hissəciklərlə zəngin və montmorinolit və hidrosluyadalı gilli minerallardan təşkil olunmuş torpaq daha yüksək sorbsiya xassəsinə malikdir. Öz xassələrinə görə 90Sr kalsiuma, 137Cs isə kaliuma daha çox oxşardırlar. Ona görə də bu radioizotopların davranışı qeyd edilən kimyəvi elementlərin davranışına yaxındır. Bir sıra tədqiqatçıların (M.Ə.Abdullayev, C.Ə.Əliyev, 1983) apardığı araşdırmalara görə süni radioaktiv maddələr Azərbaycan ərazisində müxtəlif dərəcədə paylanmışdır. Bu maddələrin respublikamızın müxtəlif regionlarında artımına Çernobıl qəzasının (1986) daha böyük təsiri olmuşdur. Bunu 90Sr və 137Cs maddələri ilə aparılmış tədqiqatların nəticələri də sübut edir. Nəzərdən keçirilən radioaktiv məhsulların miqrasiyası da həmçinin onların torpaqla olan bağlılıqlarının möhkəmliyindən asılıdır. Yüngül torpaqlarda onlar miqrasiyaya daha çox meyllidirlər, nəinki ağır torpaqlarda.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin