Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 0,65 Mb.
səhifə160/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   153   154   155   156   157   158   159   160   161
t.kimya, 1,3

Kadmium (CD). Kadmium (CD) ətraf mühitə metallurgiya istehsalının tullantıları ilə, qalvanik istehsalının çirkab suları ilə, kadmium tərkibli stabilizatorlar, piqmentlər, boyalar istifadə olunan istehsal sahələrindən və fosfor gübrələrindən istifadə edilməsi nəticəsində daxil olur. Kadmiumla çirklənmə mənbələri yerləşən ərazilərdə, onun çirklənmiş sahələrdə becərilən kənd təsərrüfatı məhsullarından izafi daxil olma ehtimalını nəzərə almaq lazımdir. Məsələn, CD-un yol verilən konsentrasiyasını (YVK) keçməsi tərəvəzdə qeydə alınmışdır. Torpaqda kadmiumun normativi-qumlu və qumluca turş və neytral torpaqlarda uyğun olaraq 0,5; 1,0; və 2 mq /kq təşkil edir.
Arsen (As). Arsen ətraf mühitə arsentərkibli kömürün yandırılmasından, azot gübrələri zavodlarından, çirkab suları və metallurgiya istehsalı tullantıları (xüsusi ilə mis və qızıl ərintilərindən), insektofunqisidlərin istehsalı və itifadəsi zamanı atılır.
Nikel (Ni). Torpaqda nikelin ən yüksək miqdarı orta- 350 mq/kq, maksimum 1000 mq/kq-a qədər olur. Ağciyər xərçəngindən ölüm riskinin artması havada nikelin konsentrasiyası 500-1000 mkq/m-3 olduqda başlayır. Orqanizmdə zəruri elementlərdən biridir. Bitkilərdə miqdarı (yaş halda çəkisinə görə hesablandıqda) 5.10-5 % , heyvandarlıqda 1,0.10-6 %-dir. Nikel arginaza fermentlərini aktivləşdirir və oksidləşmə proseslərinə müsbət təsir göstərir. Lakin normadan artıq olduqda insanda müxtəlif xəstəliklərə səbəb olur.
Müasir elm pestisidlər adlanan kimyəvi maddələr hazırlamışdır. Bu maddələr kənd təsərrüfatı bitkilərinin zərərvericiləri ilə, həşərat, gəmiricilər, göbələk, alaq otlarını məhv etmək, çəmən və otlaqları zəhərli bitki və kollardan təmizləmək, kanalların və su hövzələrinin alaqlarla örtülməsi ilə mübarizədə və s.-də müvəffəqiyyətlə tətbiq olunur. Bunlar bir çox əsas siniflərə bölünür:
Akarisidlər-gənələrlə mübarizədə istifadə edilən maddələr;
Antifidinqlər-cücüləri məhv edən maddələr;
Herbisidlər- alaq bitkilərinə qarşı mübarizədə istifadə edən maddələr;

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin