2.Torpağın ağır metallarla və pestisidlərlə çirklənməsi. Torpağın çirklənməsinin neqativ təsirinin kənar edilməsi.
Ətraf mühitə daxil olan ağır metalların (vanadium, nikel, dəmir, marqans, civə, kadmium, kobalt, mis, qurğuşun, arsen, qalay, sürmə, selen, xrom və sink ) təxminən 90 %-i torpaqda toplanır. Sonra isə onlar təbii sulara miqrasiya olunur, bitkilər tərəfindən udulur və qida zəncirinə qoşulur.
Təbiətdə ağır metalların (vanadium, nikel, dəmir, marqans, civə, kadmium, kobalt, mis, qurğuşun, arsen, qalay, sürmə, selen, xrom ) əksəriyyəti yalnız çox az konsentrasiyada bitkilər və bakteriyalar üçün əlverişlidir. Dəmir, mis, sink, selen, marqans, molibden və bəzi digər elementlər mikrodozalarda canlı orqanizmlər üçün zəruridir. Lakin, böyük izafi dozalarda təhlükəlidir. Qurğuşun, kadmium, arsen, civə və onun birləşmələri istənilən konsentrasiyada əksər ali bitkilər və bir çox digər bitkilər üçün zəhərlidir. Lakin, son elmi-tədqiqatlar göstərdi ki, hətta civə kimi toksik element mikroorqanizmlərdə leykositlərin aktivliyini və maddələr mübadiləsini, həmçinin canlı orqanizmlərin dezintoksikasiyasını stimullaşdırır. Çirkləndirici maddələrdən ən təhlükəli sayılan ağır metallar- qurğuşun, civə, kadmium, arsen, sink, nikel və başqaları sayılır. Qurğuşun, civə, kadmium, arsen və sinkin texnogen vasitələrlə ətraf mühitdə daha çox toplanması ilə əlaqədar əsas çirkləndiricilər sayılır.
Qurğuşun (Pb). Torpaqda qurğuşunun təxmini yol verilən konsentrasiyası (YVK) qumlu və qumluca torpaqlarda -32 mq / kq, turş (gilli və gillicə) torpaqlarda -65 mq / kq və neytral turşuluğa yaxın torpaqlarda- 130 mq / kq. Əlvan metallar istehsal edən şəhərlərdə torpağın tərkibində qurğuşunun miqdarı 1000-2000 mq /kq-a çata bilər.
Civə (Hg) torpaqda toplanması üzvi karbon və kükürdün miqdar səviyyəsinə görə təyin edilir. Civənin torpaqla ana süxurdan irsən keçmiş təbii halda miqdarı 0,02-dən 0,3 mq\kq arasında tərəddüd edir. Torpaq tipindən asılı olaraq orta hesabla miqdarı 0,06 mq\kq təşkil edir. Şəhərlərdə torpaqda civənin miqdarı çoxlu miqdarda müxtəlif tullantıların olması ilə əlaqədar bir qədər çox olur.
Dostları ilə paylaş: |