Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Torpağın üzvi maddələrinin təsnifat



Yüklə 0,65 Mb.
səhifə113/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   109   110   111   112   113   114   115   116   ...   161
t.kimya, 1,3

Torpağın üzvi maddələrinin təsnifat məsələsində morfoloji formalar maddələrin tərkibi, kimyəvi quruluşu və xassələri də diqqət mərkəzində durur. Belə təsnifatlardan birini F.Şeffer və P.Şaxtşabel təklif etmişdir. Bu təsnifat eyni vaxtda üzvi maddələrin toplanma formalarını, tərkibini, torpaqəmələgəlməsində və münbitliyin yaranmasında rolunu xarakterizə edə bilir.
F.Şeffer və P.Şaxtşabelin təsnifat sxeminin başlıca çatışmayan cəhəti bütün yığılan ölü üzvi maddələrin humusa aid olmasıdır. Lakin L.N Aleksandrovanın fikrincə «humus» termini yanlız (son dərəcə) torpağa aiddir və humuifikasiya prosesini keçən torpağın üzvi hissəsini əhatə edir. Biosferdə transformasiya və akkumulyasiya olmuş bəzi üzvi maddələr ola bilsin ki, ayrı-ayrı əlamətlərinə görə humusa oxşasınlar, lakin diqqətlə təhlil etdikdə aydın olacaqdır ki, mənşəyinə (genezis) görə tam fərqlidirlər. Biosferdə üzvi maddələrin toplanması, mərhələləri və transformasiyası sxemi L.N Aleksandrova tərəfindən təklif olunmuşdur.
Humuslu maddələrin nomenklaturası – bu torpağın tərkibinə daxil olan, üzvi maddələr qrupunun fraksiyalarının və ayrı-ayrı birləşmələrin təyin edilməsində işlənən adların məcmusudur.
Nomenklatura humus maddələrinin təsnifatı ilə sıx bağlıdır və torpaqdakı üzvi maddələrin öyrənilməsində geniş istifadə edilir.
Nomeklatura sxemindən göründüyü kimi torpağın üzvi hissəsi – daha geniş anlayışdır. Belə ki, o torpaq profilində iştirak edən istər sərbəst vəziyyətdə olan, istərsə də üzvi-mineral formada olan bütün orqanizmləri birləşdirə bilir. Bütün üzvi maddələr mənşəyinə, xarakterinə və funksiyasına görə iki böyük qrupa bölünür : üzvi qalıqlar humus. Birinci qrupu təşkil edənlər anatomik quruluşunu itirməmiş canlı orqanizmlərin ölü hissələridir. Məhz bu komponentlər torpqada ilkin humifikasiya prosesində çevrilmələrə məruz qalırlar və mahiyyət etibarı ilə xüsusi humus maddələrini formalaşdırırlar.
Torpağın üzvi hissəsini canlı orqanizmlərdən və qeyri-üzvi hissələrdən ayrı oaraq təhlil edirlər. Bu heç də o demək deyildir ki, üzvi və qeyri-üzvi komponentlər torpaqda ayrılıqda mövcuddur. Bildiyimiz kimi humus maddələrinin böyük bir hissəsi torpaqda metal kationları ilə, oksidlərlə, hidroksidlərlə və silikatlarla müxtəlif üzvi-mineral birləşmələr əmələ gətirirlər. Bunlar da sadə duzlar, kompleks duzlar və adsorbsiya kompleksləri tipində formalaşırlar.
Humus – torpaqda yerləşən, canlı orqanizmlərinin tərkibinə daxil olmayan, anatomik quruluşunu saxlayan, lakin toxumaların qurulmasında iştirak etməyən bütün üzvi birləşmələrin məcmusudur.
Beləliklə «torpağın üzvu hissəsi», «torpağın üzvi maddələri», «humus», «humin maddələri» terminləri sinonimlər sayılmır, çünki bunların heç birini digəri ilə əvəz etmək olmaz.
Humusun tərkibində iki qrup maddəni fərqləndirilər :

  1. Spesifik humin maddələri;

  2. Qeyri-spesifik humin birləşmələr.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin