2. Torpaqda olan mikroorqanizmlərin təsiri ilə üzvi kükürd birləşmələrinin oksidləşməsi mərhələləri: sulfofikasiya və desulfofikasiya prosesləri 3. Torpaqlarda sulfat anionun udulması. 4. Bitkilərin qidalanması üçün kükürd mənbəyi- sulfatlar. 1.VI qrupun əsas yarımqrup elementi olan kükürdün torpaqda üzvi və qeyri-üzvi birləşmələrinin miqdarı: kükürdün mineral duzları.
Kimyəvi elementlərin dövri sistemində III dövr, VI A yarımqrup elementlərindən olan kükürd təbiətdə həm sərbəst, həm də birləşmələr şəklində yayılmışdır. Kükürdün təbiətdə rast gələn təbii birləşmələri:
FeS2 – pirit,
CuFeS2-mis kolçedanı və ya xalkopirit,
CoAsS-kobaltit,
HgS- civə (II) sulfid və ya kinovar,
PbS-qurğuşun (II) sulfid və ya qurğuşun parıltısı,
Cu2S- mis (I) sulfid və ya mis parıltısı (xalkozin),
ZnS- zink sulfid və ya sfalerit,
H2S- hidrogen sulfid (mineral su mənbələrində ),
CaSO4 . 2H2O- təbii gips,
MgSO4 . 7H2O- mirabilit və ya acı duz,
Na2SO4 . 10H2O-mirabilit və ya Qlauber duzu
BaSO4- ağır şpat və s.
Torpaqlarda kükürd üzvi və qeyr-üzvi birləşmələr formasında olur. Kükürd torpaqda kükürd tərkibli birləşmələrin və ana süxurların transformasiya məhsullarının tərkibində rast gəlinir. Bunların nisbəti isə torpaq tipindən və genetik horizontun dərinliyindən asılıdır.
Sülfid, sulfat və elementar kükürd qeyri-üzvi kükürdür. Çox rütubətli torpaqlarda kükürd pirit, sfalerit, kalkopirit, kobaltit iləgips vəepsomit halında dəyişik miqdarda toplanır.
Kükürdün ən çox ehtiyatı torflu torpaqlarda olur. Duzsuz torpaqların üst horizontlarında kükürdün miqdarı 0,01-0,02 %-dən 0,2-0,4 %-dək tərəddüd edir. Qumsal torpaqlarda da kükürdün miqdarı çoxluq təşkil edir.
Müəyyən olunmuşdur ki, üzvibiomolekullarda N və S elementləri reduksiyaolunmuş vəziyyətdədirlər (məsələn, -NH2 -SH). Odur ki, bitkiyə daxil olan nitratlar və sulfatlar reduksiya olunmalıdır. Bitkilər tərəfindən udulan nitratlar və sulfatlar NH3 və H2S -ə qədər reduksiya olunur. Nitratlarların və sulfatlarlarn reduksiya məhsulları dərhal üzvi birləşmələrə çevrilir. Nitrat və sulfatlarlarn reduksiyası bitkilərin köklərində və yarpaqlarında həyata keçirilir.
Kükürdün ən mühüm qrupları onun oksidləridir. 1) Kükürd – dioksid - SO2 , köhnə adı kükürd (IV) oksid; 2) Kükürd- trioksid və ya kükürd (VI) oksid- SO3 .