Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 0,65 Mb.
səhifə149/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   145   146   147   148   149   150   151   152   ...   161
t.kimya, 1,3

Immobilizasiya prosesi. Kükürdün qeyri-üzvi birləşmələrinin üzvi formaya keçməsi də mikroorqanizmlərin fəaliyyəti ilə bağlıdır. Bu minerallaşma prosesinin əksidir. Məsələn, kükürdün sulfat birləşmələri bu proses nəticəsində kükürdtərkibli amin turşularına çevrilir.
Mineral kükürdün oksidləşməsi və ya sulfatlaşması. Hidrogen- sulfidin, elementar kükürdün, kükürdün tio və tetra birləşmələrinin sulfat turşusuna qədər oksidləşməsinə sulfatlaşma prosesi deyilir. Oksidləşmə reaksiyaları zamanı elementar kükürd və sulfidlər havanın oksigenindən istifadə edərək, tədricən oksidləşir. Reaksiya pillələrlə getməklə son məhsul sulfatlar olur.

S→ S2O32-→ S4O62-→ SO32-→ SO42-


tiosulfat tetrationit sulfit sulfat
Sulfofikasiya prosesi də oksidləşmə reaksiyalarına aid etmək olarə Bu qrup bakteriyalar torpaqda olan sulfid və sərbəst kükürdü sulfat turşusuna qədər oksidləşdirir. Proses kükürdtion adlanan xüsusi bakteriyaların iştirakı ilə gedir. Sulfatlaşdırıcı bakteriyalar torpaqda, su hövzələrdə, göl və dənizlərdə və s. geniş yayılmışdır. Bu bakteriyaların oksidləşdirici fəaliyyətinin böyük praktik əhəmiyyəti vardır.
Bu prosesin kimyəvi mahiyyəti aşağıdakı kimidir.
2H2S + O2 = H2O +S2 +126 kall
S2 + 3O2 +2 H2O= 2H2SO4 + 294 kall
Sulfatlaşdırıcı bakteriyalar bu prosesdə ayrılan enerjinin hesabına CO2-də olan karbonu mənimsəyərək öz orqanizmlərində üzvi maddələr sintez edir. Prosesdə ayrılan H2SO4 torpaqda əsaslarla birləşərək bitki tərəfindən istifadə olunan birləşmələr əmələ gətirir və bundan başqa, torpaqda çətin həll olan fosfat birləşmələrini asan həll olan hala salır.
Sulfatreduksiya prosesi – desulfofikasiya. Mineral kükürd birləşmələrinin H2S-ə qədər reduksiyası prosesinə sulfatreduksiya və ya desulfatlaşma adı verilmişdir. Mikroorqanizmlərin iştirakı ilə əmələ gələn bu proses rus kimyaçısı N.Zelinski tərəfindən kəşf edilmişdir. Lakin Hollandiya alimi M.Beyerinq 1895-ci ildə bunların təmiz kulturasını çirkab suyundan ayırmış və onlara Vibrio desulfuricans adlandırmışdır. Bu proses anaerob şəraitdə suyun, torpağın dərinliklərində getməklə xüsusi qrup mikroorqanizmlər üçün enerji mənbəyidir. Bunlara desulfatlaşdırıcılar və ya sulfatreduksiyaedicilər deyilir.
Bu bakteriyalar torpaqda sulfatları reduksiya reaksiyalarına məruz qoyurlar. Məsələn, desulfovibrio bakteriyası desulfofikasiya prosesini həyata keçirir:

H2SO4→ H2SO3→ H2SO2→ H2SO→ H2S və


Na2SO4 + Fe(OH)3 +9H→ FeS +2 NaOH + 5H2O

Reaksiyada iştirak edən hidrogeni torpağın üzvi maddələri qəbul edir. Əmələ gələn NaOH isə torpaqda olan karbon qazı ilə birləşərək sodanın toplanmasına şərait yaradır:


NaOH + CO2→ NaHCO3
Bu prosesdə torpada soda toplanır və torpaq şorlaşır. Desulfatlaşma nəticəsində torpaqda və suda bitki və heyvanlar üçün zəhərli olan H2S toplanır. Belə vəziyyətə Qara dənizdə rast gəlmək olur. Onun 2500 m dərinliyində suyun 1 l-də 65 mq H2S vardır. Burada əsasən desulfovibrio cinsinin növləri fəal iştirak edir. Göl və bataqliqda da bəzən belə hala təsadüf edilir. Desulfatlaşdırıcı orqanizmlərin praktiki əhəmiyyəti də müxtəlifdir. Palçıqların və kükürdlü suların müalicəvi əhəmiyyəti H2S-lə əlaqədardir. Bu bakteriyaların fəaliyyəti nəticəsində kükürd yataqları əmələ gəlir. Desulfatlaşdırıcı orqanizmlərin su hövzələrində fəaliyyəti nəticəsində artıq miqdarda H2S toplanır ki, bu da canlıların yaşaması üçün təhlükə törədir. Göllərdə, su hövzələrdə H2S çox toplandıqda bikilər və su heyvanları tələf olur, su altıda və torpaqda olan əşyaların, tikintilərin metal hissələrinin paslanmasına səbəb olur.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin