- aktinolit-Ca2(Mg, Fe2+)5[(OH,F) Si4O11]2 ,
-piroksenlər (enstatit-(Mg,Fe)2 (Si2O6],
-avgit-Ca(Mg, Fe2+Al)2 [Si, Al)2O6] ,
-müxtəlif slyudalar, almandin-Fe2+3 , Al2 (SiO4]3) və s. daxildir.
Bəzən, dəmir mənbəyi kimi, kükürdlü minerallar da pirit FeS2 , xalkopirit CuFeS2 , oksidləri, hidroksidləri ola bilirlər. Bu mineral birləşmələrdən başqa dəmir asanlıqla torpağın spesifiki və qeyri-spesifiki maddələri ilə də qarşılıqlı təsirə girə bilir.
Torpaqda dəmir müxtəlif birləşmələrdə olduğu üçün onun təyinini qruplar üzrə aparılması məqsədəuyğun hesab edilmişdir. Dəmir birləşmələrinin qrupları dedikdə- bir qrup həlledicinin torpaqdan ayırdığı xassələrinə görə bir-birinə oxşar olan dəmir tərkibli birləşmələrin məcmusu başa düşülür. S.V.Zonn dəmir birləşmələrinin qruplar üzrə tərkibini aşağıdakı kimi təsvir edir:
1) silikatlı dəmir.
2) silikatsız dəmir (sərbəst).
Silikatsız dəmirin (sərbəst) tərkibinə daxildir:
Kristallaşmış dəmir birləşmələri. Bu birləşmələr də iki qrupa bölünür:
Güclü kristallaşmış;
Zəif kristallaşmış.
Dəmirin amorflu birləşmələri. Bunlar da iki qrupa bölünür:
Humusla əlaqəli;
Humusla əlaqəsi olmayanlar.
Silikatsız dəmir birləşmələrini Mer-Cekson metodu ilə təyin edirlər. Bu metodda torpağı NaHCO3 məhlulu ilə (pH 7,3) işləyirlər. Sonra qızdırma zamanı üzərinə ditionit (natrium-hidrosulfit) Na2S2O4 əlavə edirlər. Belə şəraitdə qeyri dəmir birləşmələri ditionitlə reduksiya olunurlar:
S2O2-4 + 2Fe3+ + 4OH- → 2SO2-3 + 2Fe2+ + 2H2O
SO2-3 + Fe3+ + 2OH→ SO2-4 + Fe2+ + H2O
Bu zaman dəmir oksidləri, hidroksidləri parçalanırlar və limon turşusunun natrium duzunun iştirakı ilə davamlı dəmir kompleks birləşmələri əmələ gəlir. Belə çəkintidə tapılan dəmirin miqdarını silikatsız dəmir birləşmələrinin kəmiyyət göstəriciləri kimi qəbul edirlər.
Silikatsız dəmir birləşmələrinin kristallaşmış və amorf formalı birləşmələrini fərqləndirmək üçün Tamm metodundan istifadə edirlər. Tamm çəkintisində tapılan dəmiri amorf formasında olan birləşmələrə aid edirlər. Bunun üçün çəkintini oksalat turşusu və ammonium-oksalatla (pH 3,2) işləyirlər. Əmələ gələn davamlı oksalat kompleksləri dəmir hidroksidlərini həll edir və bu zaman üzvi birləşmələrdən Fe ayrılır. Qalan çəkintini isə Mer-Cekson metodu ilə işləyərək kristallaşmış silikatsız dəmir birləşmələrinin miqdarını tapırlar.
3. Turş torpaqlarda dəmir birləşmələrinin həll olunması dərəcəsi və onun zəhərli təsirinin aradan qaldırılması. S.V.Zonnsilikatlı və silikatsız dəmir (sərbəst)
birləşmələrinə görə torpaqları xarakterızə edərək üç qrupa bölmüşdür:
Ferralitli;
Fersiallitli;
Siallitli.
Torpaqəmələgətirən süxurların və torpaqların tərkibi ilkin və törəmə minerallardan ibarətdir. İlkin minerallar maqmatik süxurların tərkibinə daxildir. Torpaq ilkin süxurların aşınma materiallarından ibarətdir.Törəmə minerallar iqlim və bioloji amillərin təsiri altında ilkin minerallardan yaranmışdır. Torpaqda ilkin minerallar törəmə minerallardan çoxdur. İlkin minerallar 0,001 mm-dən böyük olan hissəciklərdən, törəmə minerallar isə 0,001 mm-dək kiçik hissəciklərdən ibarətdir. Yalnız, ferralit torpaqlarda ilkin minerallar törəmə minerallardan çoxdur. Ferrallitli torpaqlarda dəmirin 72-88 %-i silikatsız birləşmələr formasında təmsil olunurlar. Lakin, bəzi torpaqlarda alüminiumun toplalanması ilə əlaqədar olaraq silikatsız dəmir birləşmələri 56 %-ə qədər azala bilir. Silikatlı dəmir birləşmələrinin ehtiyatı minimum həddədir.