Mövzu 10. Azotlu üzvi birləşmələr – humus maddələri. Humusəmələgəlmə konsepsiyaları. Plan: 1.Humusun tərkibi və humus maddələri.
2.Humin turşuların tərkibi və xüsusiyyətləri.
3.Fulvoturşular tərkibi və xüsusiyyətləri
4.Humin – humusun ekstraksiya olmayan hissəsi kimi, tərkibi və xassələri.
5.Humatomelan turşular, tərkibi və xassələri.
6.Torpaq münbitliyində humus turşuların əhəmiyyəti. Humus maddələrinin yanma istiliyi (S.A.Əliyeva görə)
7.Humufikasiya və humusəmələgəlmə
8.Humus turşularının yaranması haqqında hipotezalar.
9.Humufikasiyanın kinetik nəzəriyyəsi.
10.Torpağın bioloji aktivlik dövrü.
Mənbə: [Mühazirə materialları, 1, 2, 3,5, 7]
Mövzu 11. Humus maddələrinin torpağın mineral komponentlərlə qarşılıqlı təsiri. Humus maddələrinin kimyəvi maddələr və çirkləndiricilərlə qarşılıqlı əlaqəsi. Plan: 1.Üzvi – mineral birləşmələrin yaranmasında humus maddələrinin torpağın mineral hissəsi ilə qarşılıqlı təsirinin əsas tipləri.
2.Humus maddələrinin torpağın bərk fazasının mineral birləşmələri tərəfindən sorbsiyası.
3.Humus turşularının polivalent metallarla (Al3+, Fe2+, Cu2+, Zn2+) təsirindən yaranan kompleks heteropolyar duzlar, onun əhəmiyyəti.
4. Humus turşuları ilə qələvi və qələvi-torpaq metal ionlarının, ammonium ionlarının qarşılıqlı təsirindən yaranan bəsit heteropolyar duzlar.
5.Torpağın üzvi maddəsi mineral gübrələrin, kimyəvi meliorantların və müxtəlif çirkləndirici maddələrin çevrilməsində əhəmiyyətli rolu.
6.Turş torpaqlarda mineral qida elementlərin çətin həllolan gübrələrdən ayrılmasına humus maddələrinin əhəmiyyətli təsiri.
7. Sorbsiya olunmuş fosfatların torpaq məhluluna keçməsində humus maddələrinin rolu.
8. Toksik maddələrin torpağın mineral hissəsi ilə qarşılıqlı təsirində humus maddələrinin rolu.
Mənbə: [Mühazirə materialları, 1, 2, 3, 8, 10]