Azərbaycan Respublikası Təhsil Nazirliyi Mingəçevir Dövlət Universiteti



Yüklə 31,44 Kb.
səhifə4/6
tarix23.01.2022
ölçüsü31,44 Kb.
#51516
1   2   3   4   5   6
Banklarda uçotun rolu və vəzifələri

Anlayışlar

Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:

Banklarda mühasibat uçotu - bankın aktivləri, öhdəlikləri, kapitalı, gəlirləri və xərcləri haqqında məlumatların mühasibat hesablarında ikili yazılış üsulu ilə toplanması, qeydiyyatı və ümumiləşdirilməsi sistemidir.

Analitik hesab - subhesabın daxilindəki məlumatların təfsilatı ilə açıqlanmasını və qruplaşdırılmasını təmin edən hesabdır.

Subhesab - analitik uçot məlumatlarını özündə əks etdirməklə sintetik hesabın daxilindəki məlumatların təfsilatı ilə açıqlanmasını və qruplaşdırılmasını təmin edən hesabdır.

Sintetik hesab - aktivlərin, öhdəliklərin, kapitalın, gəlirlərin və xərclərin debeti və krediti üzrə dövriyyələrinin ümumiləşdirilməsinə xidmət edən hesabdır.

Mühasibat uçotu registrləri - ilkin uçot sənədlərinə əsasən müvafiq mühasibat jurnallarında, kitablarda bank əməliyyatının sistemləşdirilməsidir.

Bank əməliyyatları – kredit təşkilatlarının əmlakını, öhdəliklərini, kapitalını, onların hərəkətini və ümumiyyətlə maliyyə vəziyyətini ayrı-ayrılıqda özündə əks etdirən faktlardır.

İlkin uçot sənədləri – bank tərəfindən əməliyyatların həyata keçirilməsi faktını təsdiqləyən və mühasibat yazılışlarına əsas verən sənəddir.

İlkin uçot sənədlərinə – ciddi hesabat blankları və özündə pul dövriyyəsini əks etdirməyən, lakin bu dövriyyələrin uçota alınmasına əsas verən digər mühasibat sənədləri daxildir.

Bank sənədləri - bank əməliyyatlarının həyata keçirilməsi üçün zəruri və kifayət qədər məlumatları əks etdirən, onun qanuniliyini təsdiq edən və əməliyyatların mühasibat uçotunda əks olunmasına əsas verən sənədlərdir. Bank sənədləri müştəri sənədlərinə və bankdaxili sənədlərə bölünür.

Müştəri sənədlərinə - ödəniş sənədləri, bankdaxili sənədlərə - kassa və memorial sənədlər daxildir.

Analitik uçot - bankın aktivlərinin (tələblərinin), öhdəliklərinin və kapitalının təyinatını əks etdirməklə onların hər biri üzrə açılan analitik hesablarda aparılan əməliyyatların təfsilatı ilə qeydiyyatı və qruplaşdırılmasıdır.

Sintetik uçot - bankın aktivləri (tələbləri), öhdəlikləri və kapitalı, gəlirləri və xərcləri üzrə sintetik hesablarda toplanmış məlumatların ümumiləşdirilməsidir.

Frant-ofis - müştərilərlə və bankın tərəfdaşları ilə müqavilələrin bağlanması və bağlanmış əqdlər üzrə bank sənədlərinin qeydiyyata alınması üçün bek-ofisə təqdim olunmasını həyata keçirən bank bölməsidir. Bek-ofis - frant-ofisdən alınmış məlumatlar əsasında bağlanmış əqdlər üzrə sənədlərin qeydiyyata alınmasını həyata keçirən bank bölməsidir.

Mühasibatlıq - əməliyyatların aparılması barədə məlumatların MHBS-yə uyğun olaraq mühasibat uçotunda əks olunmasına nəzarəti həyata keçirən bank bölməsidir.

Hesablar planı – bank sistemi üçün mühasibat uçotunun müəyyən edilmiş əlamətləri üzrə sintetik və subhesabların məcmusudur.

Baş kitab - bank sistemi üçün hesablar planına uyğun olaraq, müvafiq mühasibat jurnallarından (kitablarından) alınan sintetik hesablarda toplanmış debet və kredit üzrə aylıq dövriyyələrin məcmusu əsasında məlumatları əks etdirən mühasibat uçotu registridir.

Köməkçi mühasibat jurnalları - analitik hesablar üzrə aparılan bank əməliyyatları haqqında ətraflı məlumatları əks etdirən mühasibat uçotu registridir.

Əməliyyatçı - bank xidmətinin göstərilməsi üzrə müvafiq əməliyyatın aparılmasına məsul edilmiş şəxsdir.

Baş mühasib - bankın strukturuna uyğun olaraq mühasibat uçotunun aparılmasına və maliyyə hesabatlarının təqdim edilməsinə rəhbərlik həvalə edilmiş məsul şəxsdir.

Avtomatlaşdırılmış bank informasiya sistemləri (ABİS) - obyektin səmərəli idarə olunması məqsədilə uçot prosesinin avtomatlaşdırılmasını təmin edən ardıcıl surətdə kağız və elektron daşıyıcıları vasitəsilə müvafiq maliyyə, iqtisadi və təhlil xarakterli digər məlumatların təqdim olunması sistemidir.

Məlumatların müasir texniki işlənmə vasitələri kompüter texnologiyası əsasında, bank məlumatlarının avtomatlaşdırılmış işlənmə sisteminin (BMAİS) yaradılması yolu ilə informasiya proseslərinin yerinə yetirilməsini təşkil etməyə imkan verir. Bu sistemlərin yaradılmasının əsas məqsədi bankın informasiya proseslərinin avtomatlaşdırılması və onların yerinə yetirilməsi formasının təkmilləşdirilməsidir. BMAİS-in yaradılması və tətbiqi ona gətirib çıxarır ki, informasiya proseslərinə, onların təşkilinə, layihələndirilməsinə, hazırlanmasına və bankda yerinə yetirilməsinə istehsalatda olduğu kimi diqqət yetirilir. Bankın idarəetmə strukturunda ixtisaslaşdırılmış bölmə yaradılır və o, bankın informasiya proseslərinin qaydaya salınmasına, tənzimlənməsinə və bilavasitə yerinə yetirilməsinə cavabdehdir.

Məlumatların müasir texniki işlənmə vasitələri prinsipcə yeni texnologiya əsasında informasiya proseslərinin yerinə yetirilməsini təşkil etməyə imkan verir. BMAİS əvvəllər çoxlu əmək, vaxt və xərc sərf etdiyinə görə həll edilməyən bank məhsullarının satışının perspektiv və operativ optimal planlaşdırılması kimi məsələləri həll etməyə imkan verir. İdarəetmə aparatının işi də yeni qaydada təşkil olunur. İdarəetmə işçisi elementi BMAİS olan insan-maşın idarəetmə sistemində ayrılmaz hissəyə çevrilir, onun əməyi daha dəqiq layihələndirilir, planlaşdırılır, tənzimlənir və yoxlanılır.

BMAİS-in işlənib hazırlanmasının mahiyyəti – bankın informasiya axınları sisteminin (bütün idarəetmə sisteminin maddi əsası kimi), perspektiv və operativ qərarların hazırlanması və qəbul edilməsi sisteminin təkmilləşdirilməsidir. İdarəetmədə məhz informasiya funksiyalarının təşkili əhəmiyyətli dəyişikliklərə məruz qalır. Bankın lokal hesablama şəbəkəsində birləşdirilmiş kompüterlər bütün informasiya xarakterli işləri daim özünə çəkir və bankın vahid avtomatlaşdırılmış iş yerləri (AİY) kompleksinə çevrilir, burada idarəetmə mütəxəssislərinin bilik, təcrübə və bacarıqları informasiyanın avtomatik işlənməsi vasitələrinin sürətli işi ilə ən yaxşı şəkildə birləşir.

İnformasiyanın avtomatlaşdırılmış işlənmə sistemində müasir texniki vəsaitlərin köməyi ilə informasiya sistemlərinə xas proseslər reallaşır: istehsal-təsərrüfat fəaliyyətinin proseslərində baş verən 8 informasiyanın qeydə alınması, bu fəaliyyətin vəziyyətinin və dinamikasının bankın informasiya modelinin funksiyasını yerinə yetirən əsas massivlərdə əks olunması. Bankın informasiya modeli BMAİS-nin riyazi təminatının proqram aparatının köməyi ilə bankın istehsalat-təsərrüfat fəaliyyətinin bütün mərhələləri haqqında müxtəlif sistemləşdirilmiş məlumatları əldə etməyə imkan verir. İnformasiya modeli iqtisadi proqnozlaşdırma və planlaşdırma məsələlərinin həll edilməsi zamanı həmçinin ilkin məlumatları təmin edir.

BMAİS-də funksional və təmin edən altsistemlər mövcuddur. Funksional altsistemlər istehsalattəsərrüfat fəaliyyətinin idarəetmə orqanlarını informasiya ilə təmin edir. Təmin edən sistemlər BMAİS-də məhz informasiya proseslərini yerinə yetirir və onların hazırlanmasına və təşkilinə cavabdehdir. Çox vaxt riyazi, proqram, texniki, informasiya və təşkilati təminat altsistemləri seçilir. Riyazi təminata BMAİS-də məsələlərin həllinin və informasiya proseslərinin yerinə yetirilməsi modelləri, metodları və alqoritmləri daxildir. Proqram təminatı EHM-də məsələlərin həlli üçün proqram kompleksi və onlara dair təlimatlardır. Texniki təminata BMAİS-də informasiya proseslərinin avtomatlaşdırılması və mexanikləşdirilməsi texnikası, həmçinin onların istismarına və etibarlı işinin təmin edilməsinə dair təlimatlar daxildir. İnformasiya təminatı BMAİS-də informasiyanın hazırlanması və axınlarını, bankın lokal hesablama şəbəkəsində informasiya proseslərinin yerinə yetirilməsinin təşkilini tənzimləyir.Təşkilati təminat BMAİSə münasibətdə bankın hər bir işçisinin hərəkətini tənzimləyir. Proqram təminatı xüsusi və ümumi olur. Xüsusi proqram təminatı istehsal-təsərrüfat əhəmiyyətli sənədlərin və məlumatların əldə edilməsinə yönəldilib. Ümumi proqram təminatına məlumatların, məzmunundan asılı olmayaraq, çevrilməsi (növlərə ayırma, qruplaşdırma, birləşmə) üçün proqramlar daxildir.


Yüklə 31,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin