Azərbaycan Respublikası Təhsil Nazirliyi Mingəçevir Dövlət Universiteti


Mühasibat uçotunun aparılmasının əsasları



Yüklə 31,44 Kb.
səhifə5/6
tarix23.01.2022
ölçüsü31,44 Kb.
#51516
1   2   3   4   5   6
Banklarda uçotun rolu və vəzifələri

Mühasibat uçotunun aparılmasının əsasları

Banklarda mühasibat uçotunun əsas vəzifələri aşağıdakılardır:

- bankın fəaliyyəti, aktivləri, öhdəlikləri və kapitalın vəziyyəti haqqında maliyyəhesabatlarının daxili istifadəçilərinə - rəhbərliyə, təsisçilərə, bankın iştirakçılarına (payçılarına, səhmdarlarına) habelə xarici istifadəçilərə - investorlara, kreditorlara, nəzarət və dövlət orqanlarına, maliyyə hesabatlarının digəristifadəçilərinə dolğun, tam, düzgün və təfsilatı ilə məlumatların təqdim olunması;

- aparılan bütün bank əməliyyatları haqqında, tələb və öhdəliklərin mövcudluğu və bank tərəfindən istifadə olunan maddi və maliyyə resursları haqqında ətraflı, tam və düzgün uçotun aparılması;

- bankın aktivlərinin mövcudluğu və hərəkəti, nağd pul və digər qiymətlilərin saxlanması, əmək resurslarının, xüsusi və cəlb olunmuş vəsaitlərin səmərəli istifadəsi, habelə bank tərəfindən aparılan digər əməliyyatlar üzrə nəzarətin təmin olunması. Banklar MHBS-yə müvafiq olaraq hər il fəaliyyətlərinin istiqamətləri üzrə uçot siyasətini tərtib və təsdiq edir. Bank rəhbərliyi tərəfindən habelə aşağıdakı sənədlər illik olaraq təsdiq olunmalıdır:

- aktiv və öhdəliklərin inventarizasiyasının aparılması qaydası;

- sənəd dövriyyəsinin və uçot məlumatlarının hazırlanması texnologiyasının aparılması qaydası;

- həyata keçirilən bankdaxili əməliyyatların aparılmasına nəzarət qaydası.



Banklarda mühasibat uçotunun təşkili və aparılmasına, bank əməliyyatlarının aparılması üzrə qanunvericiliyin təmin olunmasına, uçot siyasətinin formalaşdırılmasına, maliyyə hesabatlarının düzgün, tam və vaxtında təqdim olunmasına ilk növbədə bank rəhbərliyi məsuliyyət daşıyır. Banklarda mühasibat uçotu, bankın hüquqi şəxs kimi qeydiyyata alındığı gündən onun yenidən təşkili və ya qanunvericiliyə uyğun olaraq digər şəkildə ləğv olunması tarixinə qədər fasiləsiz olaraq aparılmalıdır. Bank aktivlərin, öhdəliklərin, xüsusi kapitalın və onlar üzrə həyata keçirilən əməliyyatların uçotunu Hesablar Planına uyğun olaraq müvafiq balans və balansdankənar hesablarda ikili yazılış metodu ilə həyata keçirir. Banklarda mühasibat uçotu MHBS-yə əsasən müəyyən olunmuş prinsiplərə - hesablama metodu, fasiləsizlik, şəffaflıq (aydınlıq), əhəmiyyətlilik, etibarlılıq və müqayisəlilik prinsiplərinə uyğun həyata keçirilir. Bank bütün əməliyyatlarının, aktivlərinin və öhdəliklərinin mütəmadi olaraq inventarizasiyasını aparmalı və nəticələri tam şəkildə mühasibat uçotu hesablarında əks etdirməlidir.

Nəticə

Banklar mühasibat sənədlərinin etibarlı şəkildə saxlanmasını təmin etməlidirlər. Banklarda ilkin uçot sənədlərinin, mühasibat uçotu registrlərinin və maliyyə hesabatlarının saxlanması qaydası və müddətləri müvafiq qanunvericiliklə tənzimlənir. Uçot sənədlərinin düzgün arxivləşdirilməsinə görə məsuliyyət bank rəhbərlərinin və baş mühasiblərin ( rəhbərlik tərəfindən müvəkkil edilmiş digər məsul şəxsin) üzərinə düşür. Rəhbər və baş mühasib bu sahə üzrə müvafiq əməkdaşları təlimatlandırmalı, sənədlərin saxlanması üçün şkaflar və digər qorunan yerləri müəyyən edərək müvafiq əməkdaşları ora təhkim etməli, lazım gələrsə, sənədlərin təhlükəsiz yerlərə çıxarılmasını və növbəliyini təmin etməlidir. Bu Qaydalara və bankın daxili qaydalarına uyğun olaraq, kitabça şəklində formalaşdırılmış uçot sənədləri iş günü ərzində gündəlik balans tərtib edildikdən və bütövlükdə yoxlama aparıldıqdan sonra istifadəsi məhdudlaşdırılmaqla arxivə göndərilir. Arxivdə cari ilin və əvvəlki ilin sənədləri ayrı-ayrılıqda metal şkaflarda (seyflərdə) saxlanılır. İllik hesabat təhvil verildikdən sonra hesabat ilindən əvvəlki ilin sənədləri ümumi əsaslarla saxlanmaq üçün arxivdə yerləşdirilir. Daimi istifadə olunan sənədlərin (hüquqi işlər, kredit işləri, müqavilələr, kontraktlar, müddətli öhdəliklər və s.) saxlanması qaydası, bankın rəhbəri və baş mühasib tərəfindən müəyyən edilir.Kassa sənədləri, əmanətçilərin sənədləri, kreditlər üzrə, qiymətli metallarla, xarici valyuta ilə əməliyyatlar, bankın təsərrüfat və başqa əməliyyatlar üzrə sənədləri ayrı-ayrı qovluqlarda saxlanılır. Kitabça halına salınmış sənədlər hesablama lenti üzrə sayılır və onların məbləği mühasibat jurnalı üzrə dövriyyələrin yekunu ilə tutuşdurulur. Əgər ümumi yekunlar və dəstlər üzrə yekunlar üst-üstə düşmürsə, sənədlər və dövriyyələr ayrı-ayrılıqda balans hesabları üzrə yoxlanılır. Memorial orderlər və digər sənədlər günün sənədlərində yerləşdirilir və onlarla birlikdə kitabça şəklinə salınır. Bu sənədlərin məbləğləri mühasibat jurnalları ilə tutuşdurulur. Sənədlərin formalaşdırılması həvalə olunmuş işçilər memorial orderlərə əlavə edilmiş vərəqlərin sayının düzgünlüyünü və əlavələrin mövcudluğunu yoxlamalıdırlar.Kağız daşıyıcılarda çap olunmuş icra edilmiş elektron ödəniş tapşırıqları bankın gündəlik sənədlərinə daxil edilir və Mərkəzi Bankın normativ aktları ilə müəyyən olunmuş müddətdə saxlanılır. Xarici və daxili maqnit daşıyıcılarda (disketlərdə, maqnit lentlərdə və s.) elektron ödəniş tapşırıqlarının saxlanması da eyni qaydada müəyyən edilir. Telefonla əqd bağlanarkən dilerlərin danışıq yazılarının maqnit daşıyıcılara köçürmək və əqdin bağlandığı tarixdən başlayaraq 1 (bir) ildən az olmayaraq odadavamlı metal şkaflarda saxlamaq lazımdır. Sənədlərin saxlanmasının həvalə olunduğu işçilər onların tam mühafizəsini təmin etməlidirlər. Bankın baş mühasibinin, onun müavinin və ya baş mühasibin müvəkkil şəxsinin icazəsi olmadan, hər hansı bir işçinin həmin sənədlərə baxmasına icazə verilmir. Hesab açılması üçün müştərinin təqdim etdiyi sənədlər xüsusi qovluqlara tikilməli və bankda saxlanılmalıdır. Bu qovluqlardan hər hansı bir sənədin çıxarılmasına yol verilmir. Hesabların rəsmiləşdirilməsi üzrə sənədlərin saxlanması baş mühasibə və ya onun müavininə həvalə edilir. Bu sənədlər bağlı şkaflarda saxlanılmalıdır. Qüvvədə olan imza nümunələri mühasibat işçilərində bağlanan şkaflarda saxlanılmalıdır. Hesablaşmaların rəsmiləşdirilməsi üzrə qüvvəsini itirmiş sənədlər qovluqlarda qalır, lakin onların üstündən çarpaz xətt çəkilir. İmza nümunələri olan sənədlər dəyişdirilərkən, köhnə imza sənədləri nümunələri hesabın rəsmiləşdirilməsi qovluğunda saxlanılır. Mühasibat uçotunun bütün sənədləri (ötən ayların memorial sənədləri, şəxsi hesabları və s.) bankın arxivinə təhvil verilənədək stellajlarla və dəmir şkaflarla təchiz olunmuş mühasibat xidmətinin cari 23 arxivində saxlanmalıdır. Bu cari arxiv sənədlərin saxlanması üçün məsul olan xüsusi işçinin sərəncamında olmalıdır. Mühasibatlığın anbarında və cari arxivdə saxlanılan sənədlər üzrə arayışlar baş mühasib və ya onun müavini (şöbə rəisi) tərəfindən imzalanmış tələblər əsasında həmin sənədlər üçün məsuliyyət daşıyan xəzinədarın və ya cari arxivi aparan işçinin iştirakı ilə tərtib edilir. Məlumat əldə etmək üçün icazə almış bank bölməsinin əməkdaşı, xəzinədarın və ya cari arxivi aparan işçinin iştirakı ilə sənədlərdən istifadə edə bilər. Sənədlər üçün məsul olan şəxslər, məlumat almasına icazə verilmiş əməkdaşlar tərəfindən sənədlərdə hər hansı bir düzəliş və qeydlər edilməməsinə nəzarət etməlidirlər. Anbardan və cari arxivdən uçot sənədlərin verilməsi baş mühasibin yazılı icazəsi əsasında həyata keçirilir. İş günün sonunadək sənədlər mütləq geri qaytarılmalı və onların tamlığı, düzəlişlərin olmaması yoxlanılmalıdır. Bank, uçot sənədlərini kompüter texnikasından istifadə etməklə formalaşdırılmış elektron məlumat bazaları (fayllar, kataloqlar) şəklində saxlanmasını da təşkil edə bilər. Bu zaman həmin mühasibat sənədlərinin Mərkəzi Bankın normativ-hüquqi aktlarında müəyyən olunmuş formalar üzrə kağız daşıyıcılarında çap edilməsi imkanını təmin etmək lazımdır. Mühasibat sənədlərinin məlumat bazalarının strukturunu elə qurmaq tövsiyə olunur ki, həmin sənədləri müəyyən olunmuş tələblərə uyğun qruplaşdırmağa imkan yaradılsın. Uçot sənədləri yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada səlahiyyətli dövlət orqanları tərəfindən bank rəhbərliyinin icazəsi ilə bankdan götürülə bilər. Götürülmüş sənədin baş mühasib tərəfindən təsdiqlənmiş surəti, götürülmə protokolunun bir nüsxəsi sənədin əslinin yerinə qoyulur. Baş mühasib sənədlərin olduğu qovluğun üstündə götürülmə barədə qeyd apararaq imzalayır. Eyni zamanda bir ilin müxtəlif tarixləri üçün uçot sənədləri götürüldükdə, götürülmüş bütün sənədləri siyahıya daxil etməklə protokol tərtib edilir. Bu sənədlərdən birinin yerinə onun surəti və götürülmüş protokolun bir nüsxəsi qoyulur, qalan sənədlərin yerində isə onların üzərində götürmə tələbinin saxlandığı yerin qeyd olunduğu surətləri qalır


Yüklə 31,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin