Azərbaycan Respublikası Təhsil Nazirliyi Mingəçevir Dövlət Universiteti


Banklarda mühasibat uçotu sistemi



Yüklə 31,44 Kb.
səhifə2/6
tarix23.01.2022
ölçüsü31,44 Kb.
#51516
1   2   3   4   5   6
Banklarda uçotun rolu və vəzifələri

Banklarda mühasibat uçotu sistemi

Mühasibat uçotu sistemi – vəsaitlərin və təsərrüfat əməliyyatlarının dinamikasının pul formasında, sənədlərə əsaslanan fasiləsiz və bir-biri ilə əlaqəli əks etdirilməsidir. Dövlət idarəetmə orqanları tərəfindən qanuniləşdirilmiş statistik məlumat massivlərinin formalaşdırılması naminə vahid qayda və formalarda həyata keçirilir. Mühasibat uçotunun məlumatları əsasında mühasibat hesabatı

– bankın hesabat dövrü (ay, rüb, il) üzrə vəsaitlərinin və maliyyə-təsərrüfat fəaliyyətinin vəsaitlərinin vəziyyətini xarakterizə edən göstəricilər sistemi tərtib olunur. “Mühasibat uçotunun əsas məqsədi aşağıdakılardır: - kredit təşkilatının fəaliyyəti və onun əmlak vəziyyəti haqqında mühasibat hesabatının daxili – rəhbərlər, təsisçilər, təşkilatın iştirakçıları, həmçinin kənar istehlakçıları

investorlar, kreditorlar və mühasibat hesabatının digər istehlakçıları üçün lazımi müfəssəl, səhih və dolğun informasiyanın formalaşdırılması;

- bütün bank əməliyyatlarının, tələb və öhdəliklərinin mövcudluğu və hərəkətinin, kredit təşkilatı tərəfindən maddi və maliyyə ehtiyatlarının istifadəsinin müfəssəl, tam və səhih mühasibat uçotunun aparılması kredit təşkilatının maliyyə sabitliyinin təmin olunması, onun fəaliyyətinin mənfi nəticələrinin qarşısının alınması üçün təsərrüfatdaxili ehtiyatların üzə çıxarılması;

- idarəetmə qərarlarının qəbul edilməsi üçün mühasibat uçotunun istifadə edilməsi.

Mühasibat uçotu sistemi dünya praktikasında qəbul olunmuş aşağıdakı prinsiplərə əsaslanır: tam sənədləşdirmə; inventarlaşdırma; informasiyanın hesablarda ümumiləşdirilməsi; iki hesablı qeydlər; balans və hesabatın tərtib edilməsi. Bank, mühasibat uçotunun təşkilini həyata keçirərkən:

uçot siyasətini; − mühasib işinin təşkilati formasını (konkret təsərrüfat şərtləri əsasında);

− Azərbaycanda qüvvədə olan forma və metodlara əsaslanaraq, ümumi metodoloji prinsiplərə riayət etməklə mühasibat uçotunun forma və metodlarını, uçot məlumatının işlənməsi texnologiyasını;

− istehsaldaxili (idarəetmə) uçot, hesabat və nəzarət sistemini müstəqil surətdə müəyyən edə bilər. Bank öz filiallarını, nümayəndəliklərini, şöbələrini ayrıca balansa ayıra bilər. Bankın uçot siyasəti dedikdə, onun seçdiyi mühasibat uçotunun aparılması üsullarının cəmi

– ilkin müşahidə, dəyər əsasında ölçmə, təsərrüfat fəaliyyəti faktlarının cari qruplaşdırılması və yekun ümumiləşdirilməsi başa düşülür. Mühasibat uçotunun aparılması üsullarına təsərrüfat həyatının faktlarının qruplaşdırılması və qiymətləndirilməsi, aktivlərin dəyərinin ödənilməsi, sənəd dövriyyəsinin təşkili üsulları, mühasibat uçotu hesablarının istifadə üsulları, uçot registrləri sistemi, informasiyanın işlənməsi və digər üsul və metodlar aid edilir.

Uçot siyasətinin tərkibində aşağıdakılar təsdiq edilməlidir:

− kredit təşkilatında, onun filiallarında və tabe təşkilatlarında mühasibat uçotu hesablarının Mərkəzi Bankının təsdiq etdiyi hesablar planına əsaslanan iş planı;

− əməliyyatların rəsmiləşdirilməsi üçün istifadə edilən ilkin uçot sənədlərinin formaları, o cümlədən barəsində Rusiya Dövlət statistika komitəsinin albomlarında ilkin uçot sənədlərinin nümunə formaları nəzərdə tutulmayan daxili mühasibat hesabatı üçün sənədlərin formaları;

− öz filialları (struktur bölmələri) ilə hesablaşma qaydası;

− Mərkəzi Bankının qanunvericiliyinə və normativ aktlarına zidd olmayan ayrı-ayrı uçot əməliyyatlarının aparılması qaydası;

− inventarlaşdırmanın aparılması qaydası və əmlak növlərinin və öhdəliklərin qiymətləndirilməsi metodları;

− sənəd dövriyyəsi qaydaları və uçot informasiyasının işlənməsi texnologiyası;

− bank daxilində aparılan əməliyyatlara nəzarət qaydası;

− analitik və sintetik uçot sənədlərinin çapa verilməsi qaydası və dövriliyi. Bu zaman gündəlik olaraq, balans mühasibat jurnalı, üzərində əməliyyatlar aparılmış (əməliyyat aparılmış) şəxsi hesablar, həmçinin müştəri hesablarından çıxarışlar (şəxsi hesablardan 2-ci nüsxələr);

− mühasibat uçotunun aparılması üçün digər lazımi qərarlar”.

Uçot siyasəti aşağıdakı tələblərə cavab verməlidir:

1) tamlıq, yəni mühasibat uçotunda təsərrüfat fəaliyyətinin bütün faktlarının əks olunmasının tamlığın təmin etməlidir;

2) vaxtlı vaxtında olma, yəni təsərrüfat həyatının faktları uçotda vaxtlı vaxtında əks edilməlidir;

3) ehtiyatlılıq, yəni itkilərin (xərclərin) və passivlərin uçotuna daha yüksək hazırlığı təmin etməlidir, nəinki mümkün gəlirlərin və aktivlərin uçotuna (gizli ehtiyatların yaradılmasına yol vermədən);

4) məzmunun forma qarşısında üstünlüyü, yəni təkcə hüquqi formasına deyil, həm də təsərrüfat fəaliyyəti faktlarının iqtisadi mahiyyətinə və təsərrüfatçılıq şərtlərinə əsaslanaraq, həmin faktların mühasibat uçotunda əks olunmasını təmin etməlidir;

5) qeyri-ziddiyyətlilik – analitik uçot məlumatlarının hər bir ayın birinci gününə sintetik hesabatın hesabları üzrə dövriyyə və qalıqları ilə, həmçinin mühasibat hesabatı göstəricilərinin sintetik və analitik uçot məlumatları ilə eyniliyini təmin etmək

6) səmərəlilik, yəni təsərrüfatçılıq şəraitinə və bankın böyüklüyünə əsaslanaraq, mühasibat uçotunun səmərəli və qənaətli aparılmasını təmin etmək. Aparılmış təsərrüfat əməliyyatları haqqında qeydlər mühasibat uçotunun registrlərində, qəti olaraq sənədlər əsasında aparılır. Mühasibat uçotunda ilkin sənədlərin yaradılması, qəbul edilməsi və əks edilməsi qaydası Sənədlər və sənəd dövriyyəsi haqqında Əsasnamə ilə tənzimlənir. İlkin sənədlər təsərrüfat əməliyyatının yerinə yetirilməsi faktını qeydə alır. Onlar səhih məlumatlardan ibarət olmalı və vaxtında, əməliyyat yerinə yetirilərkən tərtib edilməlidir.




Yüklə 31,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin